"Arterial təzyiqin sutkalıq monitorinqi necə aparılmalıdır? - MƏQALƏ
04.05.2021 15:17
"Arterial təzyiqin sutkalıq monitorinqi - pasiyentin adi həyat tərzində xüsusi cihazların köməyilə təyin olunan proqrama uyğun müəyyənləşdirilmiş intervallarla aparılan arterial təzyiqin uzunmüddətli ölçülməsi üsuludur".
Aztibb.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Konsultativ diaqostik poliklinikasının müdiri, Terapevtik və pediatrik propedevtika kafedrasının assistenti Təranə Musayeva "Arterial təzyiqin sutkalıq monitorinqi" adlı məqaləsində ətraflı məlumat verib.
- Müayinənin aparılmasına göstərişlər:
1. Arterial hipertenziyanın diaqnostikası (“ağ xalat fenomeni”, sərhəd arterial hipertenziya, hipertoniyaya irsi meylliyi olan cavan şəxslərdə);
2. Arterial hipotenziyanın diaqnostikası (ortostatik hipotoniya, sinkopal hallar);
3. Arterial hipertenziyanın medikamentoz müalicəsinə nəzarət (müalicənin effektivliyinin və dərman preparatlarına qarşı rezistentliyin qiymətləndirilməsi və optimal müalicə sxeminin seçilməsi).
- Müayinənin aparılma metodikası:
Müayinə üçün tonometrin müvafiq ölçüdə seçilmiş manjeti əsasən bazunun distal üçdə bir hissəsində yerləşdirilərək qeydedici cihaz ilə əlaqələndirilir.
- Xəstənin müayinədən əvvəl məlumatlandırılması:
Daha düzgün nəticələrin alınması üçün arterial təzyiqin monitorinqi zamanı pasiyent bir sıra qaydalara əməl etməlidir.
• Arterial təzyiqin ölçülməsi zamanı manjet yerləşdirilmiş ətraf gövdə boyunca rahat uzadılmalıdır. Xəstə qolundakı manjetin vəziyyətinə nəzarət etməlidir.
• Arterial təzyiqin monitorinqi aparılan gündə intensiv fiziki yüklənmə istisna edilməlidir.
• Hər ölçmədən öncə və sonra cihaz xüsusi səs siqnalı verir. Arterial təzyiqin ölçülməsi anı gəzinti zamanı olarsa, bu halda dayanmaq, qolu gövdə boyunca uzatmaq və ölçmənin sonunu gözləmək lazımdır.
• Ölçmə müddətində cihazın göstəricilərinə baxmaq olmaz, belə ki, bu həyəcan reaksiyasının yaranmasına və nəticələrin təhrif olunmasına səbəb ola bilər.
• Axşam yatarkən maksimum rahatlığa riayət etmək lazımdır. Qeydedicinin göstəriciləri haqqında fikirləşmək olmaz, əks halda arterial təzyiqin gecə göstəriciləri həqiqi rəqəmlərə uyğun gəlməyə bilər.
• Müayinə müddətində xəstə adi həyat tərzini davam etdirir (işləyir, gəzintiyə çıxır və s.) və xüsusi gündəlikdə ürək-damar sistemi tərəfindən meydana çıxan xoşagəlməz simptomların yaranma şəraiti, dərman qəbulu və fiziki aktivliyin forması haqqında qeydiyyat aparılır.
• Xəstə tərəfindən cihaza suyun düşməməsinə nəzarət edilməlidir (müayinə müddətində yuyunmaq olmaz). Cihaz həmçinin elektromaqnit şüalanma mənbələrindən uzaqda tutulmalıdır.
- Müayinənin nəticələrinin təhlili:
Sonrakı gün cihaz tərəfindən aparılmış qeydiyyatlar xüsusi proqramla təchiz edilmiş kompüterdə təhlil edilir. Müasir qeydedicilər tərəfindən yazılmış məlumatların ilkin klassifikasiyası aparılır, sonradan isə bu məlumatlar həkim tərəfindən təhlil olunaraq nəticə şəklində xəstəyə təqdim edilir.
Müayinənin təhlili sutka ərzində arterial təzyiqin orta göstəricilərini, həmçinin gündüz və gecə saatlarında olan göstəriciləri, arterial təzyiqin variabelliyini, gecə saatlarında gündüz saatlarına nisbətən enməsinin təzahür dərəcəsini, səhər saatlarında arterial təzyiqin səviyyəsini təyin etməyə imkan verir.
- Sistolik arterial təzyiqin gecə saatlarında enmə dərəcəsinə və ya sutkalıq indeksinə görə (SATSİ) 4 tip əyriləri müəyyən olunur:
- Dipperlər-gecə saatlarında arterial təzyiqin normal enməsi (SATSİ 10-20%);
- Non-dipperlər-arterial təzyiqin kifayət qədər enməməsi (SATSİ <10%);
- Nayt-pikerlər -gecə hipertoniyası (SATSİ <0);
- Over-dipperlər- arterial təzyiqin həddən artıq enməsi (SATSİ>20%).
Ürək-damar sistemində ağırlaşmalar yarada biləcək variantlara “nayt-piker” və “non-dipper” - arterial təzyiqin ikifazalı ritmləri aiddir.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

