Türkiyədə COVID-19-un müalicəsi üçün oksigen terapiyası cihazı hazırlanıb
04.05.2021 11:17

Türkiyənin “Arçelik” və tibbi cihaz istehsal edən “Biosys” şirkətləri birgə əməkdaşlıq çərçivəsində COVID-19 xəstələrinin müalicəsində böyük əhəmiyyət kəsb edəcək yüksək axınlı oksigen terapiyası cihazı hazırlayıblar.

 

Aztibb.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, reanimasiya şöbələrində müstəqil olaraq işləyə və daşına bilən “BIO2Flow” cihazının koronavirus xəstəliyinin müalicəsində səhiyyə işçilərinə böyük dəstək verəcəyi gözlənilir.

 

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq Türkiyənin Sənaye və Texnologiya, eləcə də Səhiyyə nazirliklərinin rəhbərliyi altında ölkənin “Arçelik”, “BAYKAR” və “ASELSAN” şirkətləri mexaniki ventilyator, süni nəfəs aləti kimi müxtəlif tibbi cihazların hazırlanması istiqamətində güclərini birləşdiriblər. Hazırda məhdud sayda istehsal edilən bu cihazın gələcəkdə dünya bazarına çıxarılması nəzərdə tutulur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır