Kəskin böyrək çatışmazlığı düzgün müalicə olunarsa böyrəklərin normal funksiyası bərpa olunur - Həkim-nefroloq
04.05.2021 10:36
Kəskin böyrək çatışmazlığı böyrəklərin qandakı zərərli maddələri süzmə funksiyalarını ani şəkildə itirməsidir. Böyrəklər bədəndəki artıq suyu, zəhərli maddələri, elektrolitləri (sodium, potasium və s.) bayıra ataraq və müəyyən hormonlar ifraz edərək vücuddakı tarazlığı saxlamağı təmin edən orqanlardır. Böyrəklər bu vəzifəsini yerinə yetirmədikdə qanda bir çox zəhərli maddə toplanır, lazım olan hormonlar ifraz oluna bilmir və ürək-damar, sinir sistemi daxil olmaqla bütün orqanizmə təsir edərək həyatı təhlükə yaranır.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim-nefroloq Barat Yusubov məlumat verib. Həkimin sözlərinə görə, kəskin böyrək çatışmazlığı ağır vəziyyətdir və ciddi şəkildə müalicə olunmalıdır. Düzgün müalicədən sonra böyrəklər normal funksiyalarını bərpa etməsi mümkündür.
 
"Kəskin böyrək çatışmazlığının əsas səbəbləri böyrəklərə qan axışının yavaşlaması və ya kəsilməsi, həddindən çox qan vəya maye itkisi (travma, qəzü və ya əməliyyatdan sonra qan itirmək, ürəkdə infarkt, ürək xəstəlikləri, infeksiyalar, şok, ciddi alergik reaksiyalar, ağır yanıqlar və s. ola bilər", - deyə B.Yusubov vurğulayıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev