Qulançarın sağlamlığa faydaları
04.05.2021 10:05

Min bir dərdin dərmanı, dadlı və vitaminli təbii qida kimi istifadə edilən bitkilərə maraq artmaqdadır. Əsasən də gözəl dadı ilə seçilən “qulançar” (“mərəçüyüd” də deyilir) qida rasionunda geniş yer tutur.

 

Aztibb.az xəbər verir ki, qulançar azyayılmış, qiymətli və çoxillik bitkidir. Tərkibində ən çox zülal olan tərəvəzlərdən sayılır. Onun tərkibində maqnezium, fosfor, selenium, sink, natrium, dəmir, mis, kalsium, manqan kimi minerallar və ə A, C, B6, K kimi vitaminlər var.

 

Qulançar "asparagin" adlı maddə ilə zəngindir. Bu maddə damarları genişləndirir və qan təzyiqini aşağı salır. Həmçinin qulançar ürək əzələsini stimullaşdırır ki, bu səbəbdən həkimlər onu ürək xəstəliklərindən əziyyət çəkən və infarkt keçirmiş insanlara yeməyi tövsiyə edirlər. 

 

Fol turşusu ilə zəngin olan bu tərəvəz anemiya (qanazlığı) zamanı çox effektivdir. Qulançar şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər üçün də olduqca faydalıdır - qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir.

 

Bitki mənşəli minerallarla zəngin olan qulançarın tərkibində inulin var. İnulin, sağlamlıq üçün faydalı olan bağırsaq bakteriyalarının qida mənbəyidir. Buna görə, qulançar istehlakı ilə vücuda daxil olan inulin bağırsaq florasında faydalı bakteriyaların sayını artıraraq bağırsaq florasına müsbət təsir edir, qəbizliklə mübarizəyə kömək edir.

 

Daimi istehlak liflə zəngin olduğundan bağırsaq hərəkətini artırır. Yaxşı bir antioksidantdır. Beləliklə, xərçəng, katarakt və digər göz problemlərinin qarşısını almağa kömək edə bilər, sümüklərin sağlamlığını qoruyur. 


Qulançar sidikqovucu təsirə malikdir, ödəmləri azaldır, sidik kisəsini və sidik yollarını təmizləyir. Detoks xüsusiyyəti sayəsində sidik yollarının infeksiyalarının qarşısını alır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev