Sağlam ürəyə sahib olmaq üçün TƏBİİ üsul - Alma sirkəsinin faydaları
03.05.2021 15:54

Alma sirkəsini su ilə qarışdırıb içməklə orqanizmi ən güclü mikroblardan qorumaq mümkündür.

 

Aztibb.az tibbi mənbələrə istinadən xəbər verir ki, xüsusilə pandemiya dövründə bu möcüzəvi vasitədən istifadə etmək tövsiyə olunur. Təqribən iki litr suya bir stəkan təbii alma sirkəsi qatıb, üzərinə bir parça qaya duzu atmaq, sonra bu qarışımı qaynadıb buxarı ilə nəfəs almaq lazmdır. Bu, sizi bir çox virus xəstəliklərindən qoruyacaq.

 

Alma sirkəsi həm də qlükoza səviyyəsini aşağı salır. Bu məqsədlə yatmazdan əvvəl iki qaşıq qəbul etmək kifayətdir.

 

Alma sirkəsindəki asetik turşusu, eyni zamanda, qan təzyiqi və zərərli xolesterolu (LDL) azaldır, xeyirli xolesterolu artırır (HDL). Həmçinin yeməklərə alma sirkəsi qataraq, daha sağlam ürəyə sahib olmaq mümkündür.

 

Alma sirkəsində olan asetik turşusu aclıq hissini və su itkisini azaldır. Bundan başqa, yağ yandırılmasına da kömək edir. Piylərin parçalanma prosesini sürətləndirir, iştahı azaldır. Hər səhər ac qarına 1 stəkan suyun içinə 1 xörək qaşığı alma sirkəsi və bal qatıb içməklə çəkinizdə ciddi dəyişiklik görə bilərsiniz.

 

Həmçinin balaca stəkanda suya bir qaşıq bal və bir qaşıq alma sirkəsi qarışdırıb, axşam yeməyindən yarım saat əvvəl için. Qarışımın antioksidant xüsusiyyəti bədəndəki asit tarazlığını təmin edərək yaşlanmağı yavaşladır.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev