Uşaqlarda iştahaçıcı kimi özünü doğruldan POLİVİTAMİN - Pediatr AÇIQLADI 
03.05.2021 11:13

Uşaqların qida seçiminə hörmət edərək onlara sevdiyi yeməyi, lazımi miqdarda vermək lazımdır. “Yemək” deyə-deyə uşaqların arxasınca gəzmək sizin yorulmanızdan başqa bir nəticə verməyəcək.

 

Aztibb.az xəbər verir ki, bunu tanınmış həkim-pediatr Günay Rəsulova deyib. 

 

Həkim bildirib ki, əgər uşaqda israrla yeməkdən imtina etmə kimi bir hal varsa, bunun somatik problemdən qaynaqlana biləcəyini unutmamaq, zamanında həkim müayinəsindən keçirmək lazımdır:

 

“İştahaçıcı adı ilə uşaqlara polivitaminlər vermək isə çox zaman işə yaramır. Araşdırmalarda belə vasitə kimi sadəcə Zn (Sink) özünü doğruldub. Digərləri sadəcə sizin psixoloji rahatlamanıza səbəb ola bilər.

 

Uşaqlarda səhər yeməyindən imtina isə sadəcə günlük rejimin düzgün qurulmaması ilə əlaqədardır. Gec yatan və bununla bağlı gec yuxudan oyanan uşaqlar çox vaxt səhər yeməyinin vaxtını ötürmüş olur. Belə olmaması üçün uşaqları yuxudan erkən oyatmalı, səhər yeməyinə qədər acmaları üçün ən az 1 saat gözləməlisiniz”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev