Kəskin laringit özünü hansı əlamətlərlə büruzə verir?
02.05.2021 11:54

Laringit – qırtlağın selikli qişasında və səs tellərində gedən kəskin və ya xroniki iltihabi prosesdir. Xəstəlik adətən virus mənşəli olur. Onun əlamətlərinə boğazda quruluq, göynəmə hissi, səsin tutulması və ya batması, "hürücü" öskürək aiddir.

 

Azyaşlı uşaqlarda təhlükəli ağırlaşma sayılan yalançı inaq – qırtlağın selikli qişasının ödemi yaranaraq, boğulma törədə bilər. Ümumilikdə proqnoz qənaətbəxşdir, kəskin laringitin xroniki formaya keçməsi mümkündür.

 

Aztibb.az tibbi mənbələrə istinadən xəbər verir ki, kəskin laringit nadir hallarda sərbəst xəstəlik kimi inkişaf edir. Patologiya, əsasən qızılca, qrip, göy öskürək, skarlatina və digər xəstəliklərin təzahürü kimi meydana çıxır. 

 

Ümumi və yerli soyuqlama, çirkli havanın və qıcılandırıcı vasitələrin udulması, səs tellərinin həddindən artıq gərilməsi, siqaret çəkmə, qastroezofageal reflüks, spirtli içkilərdən sui-istifadə kəskin laringitin inkişaf ehtimalını yüksəldir. Risk amilləri sırasına qırtlağın yaşla bağlı dəyişiklikləri (səs tellərinin deformasiyası, selikli qişanın kifayət qədər nəmlənməməsi, əzələlərin atrofiyası) daxildir.

 

Xəstəlik tam sağlam vəziyyət və ya cüzi əzginlik fonunda başlayır. Pasiyentlər qırtlaqda quruluq, göynəmə və qıcıqlanmadan şikayət edirlər. Bəzən boğazda yad cisim hissi yaranır, səthi öskürək və ağrılı udqunma müşahidə olunur. Səs tutulur və kobudlaşır. Afoniya inkişaf etdikdə xəstə pıçıltı ilə danışır.

 

Bədən hərarəti normal və ya subfebril olur. Bir müddətdən sonra öskürək zamanı iri həcmdə selikli və ya selikli-irinli bəlğəm ifraz olunur. Kəskin laringit 7-10 gün davam edir. Əksər hallarda sağalma baş verir. Lakin xəstəlik yarımkəskin və ya xroniki formaya da keçə bilər.

 

Kəskin laringit ambulator şəraitdə müalicə olunur. Xəstəlik kəskin respirator virus infeksiyaları fonunda yarandıqda yataq rejimi təyin edilir. Xəstələrə mümkün qədər danışmamaq məsləhət görülür. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev