C vitamini metabolik sindromun qarşısını almağa kömək edir
02.05.2021 11:43

Metabolik sindrom ürək xəstəlikləri və diabet kimi həyat üçün təhlükəli xəstəliklərin yaranma riskini artırır.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, araşdırmalara görə C vitamininin çatışmazlığı metabolik sindromla bağlıdır.

 

Bu yaxınlarda aparılan tədqiqat nəticəsində metabolik sindromla C vitamininin çatışmazlığı arasında əlaqənin olduğu məlum olub. Metabolik sindromu olan insanlara təkcə C vitamini kifayət deyil. Tərkibi emal edilmiş yüksək şəkər və yağla zəngin olan pəhriz xroniki iltihaba və metabolik sindroma gətirib çıxarır.

 

“Redox Biology”də nəşr olunan araşdırmaya görə, eyni yemək vərdişi də bağırsaq mikrobiotasının tərkibində disbalansa səbəb ola bilər ki, bu da bağırsağın funksiyasını pisləşdirir. Nəticədə sözügedən proses toksinlərin qan dövranına daxil olmasına səbəb olur. Endotoksemiya adlanan bu vəziyyət C vitamininin çatışmaması ilə daha da artır.

 

C vitamini antioksidant kimi fəaliyyət göstərən qidalandırıcı maddəni, E vitaminini qoruyur. Birinci çatışmazlıq sizi ikinciləri itirməyə məcbur edir ki, bu da orqanizmdə antioksidləşdiricilərin və azad radikalların səviyyələri arasında disbalansa gətirib çıxarır. Oksidləşdirici stres kimi tanınan bu fenomen xroniki iltihaba səbəb ola bilər.

 

“Əgər pəhrizdə çox yağ varsa, bu bağırsaq zədələnməsinə gətirib çıxarır. Sonra bakterial hüceyrələrin divarları bağırsaqlardan sızıb orqanizmin qan dövranına daxil ola bilir. Neytrofillər isə onları təqib edir”, - deyə Oreqon Ştatındakı Universitetin professoru və tədqiqatın aparıcı müəllifi Maret Traber bildirib.

 

Neytrofillər orqanizmdə ən çox yayılmış ağ qan hüceyrələrinin bir növüdür. Onlar bakteriyaları öldürərək məişətdə də dezinfeksiyaedici və ağardıcı kimi istifadə olunan zəif xlor turşusunu istehsal edirlər. Lakin bu mexanizm mikrob təhlükələrini aradan qaldırmağa kömək etsə də C vitaminini məhv edir. Müvafiq müdaxilə olmadan bu proses təkrar olunur. Bu səbəbdən, C vitamini ilə zəngin məhsulların çox istifadə olunması metabolik sindromla mübarizə üçün xüsusilə vacibdir.

 

“Metabolik sindromlu insanlar metabolik sindromu olmayan, lakin plazmada C vitamininin daha aşağı konsentrasiyasına malik olan insanlarla eyni miqdarda C vitaminini qəbul edə bilərlər. Biz hesab edirik ki, bakterial hüceyrələrin divarlarının yerdəyişməsi bütün orqanizmin iltihab əleyhinə reaksiyası ilə bağlıdır”, - deyə Traber söyləyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev