Qazilərin zəruri avadanlıqlar və əlil arabaları ilə təminatında heç bir problem yoxdur
01.05.2021 14:01

Vətən müharibəsi qazilərindən müəyyən idman növlərinə uyğun olanları paralimpiya hərəkatına cəlb olunub.

 

Bu barədə Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov məlumat verib. Onun sözlərinə görə, artıq qazilərlə bir neçə görüş keçirilib: "Prezident İlham Əliyevin tapşırığıdır ki, qazilərimizin müharibədən sonrakı həyatlarında irəliləyiş olsun. Biz də bu tapşırıqlardan geri qala bilmərik. Özümüzün xüsusi proqramımız var. Artıq qazilərimizlə bir neçə görüş keçirmişik. O görüşləri elə formatda təşkil edirik ki, qazilərimiz tanınmış idmançılarla görüşür. Onların arasında olimpiya və paralimpiya çempionları var. İdmançılar qazilərə paralimpiya hərəkatına qoşulmalarına dair tövsiyələrini verir, paralimpiyanın onların həyatlarında böyük rol oynamasının mümkünlüyünü bildirirlər. Müəyyən idman növlərinə uyğun olan qazilərimiz var. Onları məhz paralimpiya hərəkatına cəlb etmişik".

 

İ.Rəhimovun fikrincə, paralimpiyaçı qazilərin sayı getdikcə daha da çoxalacaq: "Əminəm ki, bugünkü qazilərimiz gələcək paralimpiadalarda öz sözlərini deyəcək, Qarabağ savaşında qazandıqları zəfəri, idman sahəsində də təkrarlayacaq, Azərbaycan bayrağını beynəlxalq arenalarda da dalğalandıracaqlar".

 

MPK prezidenti qazilərin hansısa avadanlıqlarla və əlil arabaları ilə təminatında heç bir problemin olmadığını vurğulayıb: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu layihəni çox uğurla həyata keçirir. Nazir Sahil Babayevlə bir neçə dəfə danışıqlarımız olub. Ən yüksək səviyyədə olan əlil arabaları Azərbaycana gətirilir. Kimin ehtiyacı varsa, nazirlik tərəfindən təmin olunur".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır