MDB-də Transfuzioloqlar Şurası yaradılacaq
30.04.2021 19:03

MDB ölkələrinin qan xidmətləri mütəxəssisləri Birlikdə Transfuzioloqlar Şurası yaradılmasını təklif edirlər.

 

Aztibb.az MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu təşəbbüs “COVID-19 xəstəliyi ilə bağlı epidemiya şəraitində MDB iştirakçısı olan dövlətlərin milli qan xidmətlərinin davamlı fəaliyyətinin təmin edilməsi” mövzusunda beynəlxalq elmi-praktik konfransın qətnaməsində əks olunub.

 

Konfrans iştirakçılarının fikrincə, Transfuzioloqlar Şurası MDB iştirakçısı olan dövlətlərin milli qan xidmətlərinin qarşılıqlı əlaqələrini möhkəmlətməyə, donor qanının təhlükəsiz tədarük edilməsi sahəsində səyləri birləşdirməyə və operativ informasiya mübadiləsinə şərait yaradacaq. 2022-ci ildə Minskdə transfuzioloqların forumunu keçirmək təklif olunur.

 

Birlik ölkələrinin nümayəndələri qanın və onun komponentlərinin tədarükü, emal edilməsi və onların keyfiyyətinə nəzarət üzrə mütərəqqi metodların tətbiqinə, onların təbabətdə tətbiqinin effektivliyinin və təhlükəsizliyinin artırılmasına, həmçinin könüllü və təmənnasız donorluğun inkişafına yönəlmiş əməkdaşlığın genişləndirilməsini alqışlayırlar.

 

Konfransın yekunlarına əsasən qəbul edilmiş qətnamədə göstərilir ki, COVID-19 pandemiyası şəraitində dövlətlərin qandan və onun komponentlərindən hazırlanan müasir, yüksək texnoloji dərman vasitələri ilə təminatı kafi səviyyədə deyil. Koronavirus səbəbindən əhali arasında donor fəallığının zəifləməsi davam edir, donor qanının fasiləsiz və təhlükəsiz tədarükü ilə bağlı bir sıra problemlər yaranır.

 

Qətnamədə pasiyentlərə tibbi yardım göstərilməsi üçün COVID-19 əleyhinə immun plazma tədarükünün təşkil edilməsi zərurəti, həmçinin koronavirusa qarşı immunoqlobulin dərman preparatının hazırlanmasının və tətbiqinin perspektivli olması təsdiqlənir.

 

Sənəddə vurğulanır ki, beynəlxalq əməkdaşlıq təhlükəsiz donorluğun inkişaf etdirilməsi üçün mühüm qlobal vasitədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır