Uşaqların normal yuxusunu pozan SƏBƏBLƏR
30.04.2021 19:01

Düzgün yuxu rejimi uşaqların sağlam böyüməsində əsas faktorlardan biridir. Yuxunun vaxtı balacaların yaş kateqoriyasından asılı olaraq dəyişir. Yeni doğulan körpələr üçün gün ərzində 20-22 saat yuxu normal hesab olunur.

 

Yaya doğru yaxınlaşdıqca bəzi uşaqlarda yuxu rejiminin pozulması müşahidə edilir.

 

Aztibb.az xəbər verir ki, Bakıdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova AZƏRTAC-a deyib: “Yayın gəlişi ilə əlaqədar olaraq valideynlər həm uşaqların iştahının azalması, tərləmənin artması və yuxularının narahatlığından şikayətlənirlər. Uşağın yuxusuna təsir göstərən bir sıra səbəblər var. Günün uzanması ilə əlaqədar uşaqların aktiv oyunlarla məşğul olması onlarda sinir oyanıqlığına səbəb olur və bu, onların yuxusunu pozur. Həmin uşaqlar yuxuya çox gec gedirlər”.

 

Uşaqların yatdığı otaqların sərin olması da vacib şərtlərdən biridir. Bundan başqa, bəzi valideynlər övladlarını gündüz saatlarında yatmağa məcbur edirlər. Mütəxəssislər isə bunun yanlış olduğunu bildirirlər. Uşaqların yuxu rejimini normaya salmaq üçün yatmazdan əvvəl onların məşğuliyyətlərinə və oyunlarına fikir vermək də lazımdır.

 

“Aktiv oyunlar yuxudan ən azı 4-5 saat əvvəl dayandırılmalıdr. Bundan sonra 2 saat yuxu hazırlığına vaxt sərf olunarsa, uşaqlar vaxtında yuxuya gedəcək. Uşaqlar saat 10, ən uzağı 11-in yarısından gec yatmamalıdır, çünki bu, onların həm immun sistemi, həm fiziki inkişafı və iştahına çox yaxşı təsir edir”,- deyə həkim-pediatr bildirib.

 

Bəzən də valideynlər problemin həllini yuxu dərmanlarından istifadə etməkdə görürlər. Həkimlər isə həmin preparatların uşaqların zehni inkişafına mənfi təsir göstərdiyini deyirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev