Araşdırma: çuğundur suyu təzyiqi normallaşdırmağa kömək edirmi?
30.04.2021 16:37

Çuğundur suyu qan təzyiqinə təsir edir.

 

Aztibb.az medikforum.ru saytına istinadla xəbər verir ki, Rusiyalı həkim-mütəxəssis Natalya Denisova çuğundur suyunun həqiqətən antihipertenziv xüsusiyyətlərə malik olduğunu söyləyib. Qeyd edib ki, bu faktı təsdiqləyən elmi araşdırma 2008-ci ildə aparılıb. Alimlər çiy və qaynadılmış çuğundurdan hazırlanan suyun təsirlərini müqayisə ediblər. Çiy kök bitkilərinin suyunun daha güclü təsirə malik olduğu aşkar edilib.

 

Araşdırmanın nəticələrindən danışan Denisova qeyd edib ki, gün ərzində bir stəkan (250 ml) çuğundur suyu içmək prehipertenziyalı xəstələrdə qan təzyiqini aşağı salır.

 

Həkim izah edib ki, çuğundur suyunun qeyd olunan effekti onun tərkibindəki betain və betaninlərin orqanizmə təsiri ilə əlaqəlidir. Bu maddələr antioksidantlar qrupuna aid olmaqla yanaşı, həm də güclü bir antiinflamatuar təsirə malikdirlər. Həmin xüsusiyyətinə görə çuğundur suyu və çuğundurun özünü istehlak edən insanların qan damarları daha elastik olur və bu da aterosklerozun onlara təsir etmə ehtimalını azaldır.

 

Həkim çuğundur suyunun qan təzyiqinin normallaşmasına kömək etmə qabiliyyətini ilk növbədə profilaktika ilə əlaqələndirib. Həmçinin qeyd edib ki, əgər insanda təzyiq problemi varsa, çuğundurdan dərman vasitəsi kimi istifadə edərək özbaşına müalicə aparmaq tövsiyə olunmur. Hipertansiyonun müalicə planı və onunla mübarizə vasitələri yalnız həkim tərəfindən təyin olunmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev