Soyuq tər ciddi sağlamlıq problemlərindən xəbər verir - Həkim-terapevt
30.04.2021 16:36

Soyuq tər ağciyərlərdəki iltihabi proses və sağlamlıqla əlaqəli digər ciddi problemlərlə bağlıdır.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, bu barədə həkim-terapevt Lyudmila Lapa məlumat verib. O, bildirib ki, həddən çox tərləmə, bir qayda olaraq iki pozuntudan xəbər verir – intoksikasiya və ya daxili qızdırma.

 

Həkim əlavə edib ki, ağciyərlərin infeksiyaları və hansısa bir xroniki xəstəliyin kəskinləşməsi özünü tez-tez bu simptomla göstərir.

 

Soyuq tərin yaranması zamanı həkim temperaturu ölçməyi tövsiyə edir: "Temperaturun olması həkim çağırmaq üçün ciddi səbəbdir və pis göstəricidir".

 

Həmçinin soyuq tər hiperhidroz (həddən çox tərləmək) problemi ilə də əlaqəli ola bilər. Onun səbəbi virus infeksiyasının orqanizmə daxil olması ilə yaranan immun sisteminin reaksiyasıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev