Sup yeməyən uşaqların mədəsi ağrıyır? - Pediatr Günay Rəsulova
30.04.2021 14:41
Uşaqları sup yeməyən valideynlər bəzən düşünür ki, bu səbəbdən onların mədələri ağrıya bilər. 
  
Aztibb.az xəbər verir ki, tanınmış həkim-pediatr Günay Rəsulova sosial şəbəkədə bu barədə paylaşım edib. 
 
O, bildirib ki, uşaqların sup yeməsi mütləq deyil. Sup yemədiyi üçün uşağın mədəsi ağrımaz. Onlar günlük maye ehtiyacını adi su içərək qarşılayırsa, bütün günü quru yemək yeməyi heç bir ziyan etməz. Yeməyin tərkibində mütləq su getməsi vacib deyil. Uşaqların qida seçiminə hörmət etmək, onların sevdiyi qidaları yedirməyə, günlük qida rasionunda ən az 4 qida növünün - taxıllar, süd məhsulları, ət və ət məhsulları, meyvə, tərəvəzlər olmasına çalışmaq lazımdır.
 
"Uşağın mədəsinə zərər edən qidalar, çətin həzm olunan, yaxşı bişməmiş ətdən hazırlanan fastfudlar, nitritli qidalar, kolbasa, sosiska, qazlı, şəkərli içəcəklər, qısaca, zərərli qida vərdişlərinin olmasıdır. Uşaqları bunlardan uzaq tutmaq lazımdır", - deyə həkim əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev