Arı zəhəri ilə MÜALİCƏ
30.04.2021 14:37

Arı zəhəri iltihabgötürücü və ağrıkəsici təsirə malikdir. Zəhər xəstənin vəziyyətini yaxşılaşdırır, tonus və iş qabiliyyətini artırır, yuxusuzluq, iştah və qan-damar sisteminə müsbət təsir göstərir.

Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Elnur Eldaroğlu arı zəhərinin tətbiq sahələri barədə AZƏRTAC-a məlumat verərək deyib: “Arı zəhəri xroniki ağır sindromları, bel, boyun, baş ağrıları və diz ağrılarında, revmatoid-artritlərdə geniş istifadə olunur. Həmçinin dünya təbabətində çətin və müalicəyə tabe olmayan xəstəliklər qrupuna aid olan dağınıq sklerozda da arı zəhəri ilə müalicədən istifadə edilir. Ən çox oynaq və sinir sistemi xəstəliklərində tətbiq olunur. Arı sancması ilə müalicədən sonra xəstədə sanki bir oyanış hiss olunur”.

Lakin bəzən zəhərin əks təsiri də olur. Ona görə də əvvəlcə pasiyent müayinədən keçirilir, qan analizləri götürülür, nəticələrə uyğun müalicə tətbiq edilir.

Müalicə proseduru barədə bəhs edən həkim-fitoterapevt deyib: “İlk gün orqanizmin müəyyən bir hissəsindən, daha çox bel, böyrəküstü nahiyədən arı iynəsinin batırılması tətbiq edilir, günaşırı həmin müalicə proseduru mərhələli şəkildə artırıla-artırıla davam edir. Hətta bir müalicə kursundan 40-50, hətta 60-70-ə qədər arı sancmasından istifadə olunur. Bu, daha çox xəstəlikdən asılıdır. Payız, qış və yaz mövsümündə daha çox həmin müalicələr tətbiq olunur”.

Həkimlər hamilə qadınlara, böyrək çatışmazlığı, qaraciyər xəstəliyi və dəri problemi olanlara həmin müalicəni tövsiyə etmirlər. Prosedurdan sonra arının iynə batırdığı nahiyəni mütləq yad cisimlərdən qorumaq lazımdır. Az kalorili məhsullarla qidalanmaq və bol maye qəbul etmək məsləhət görülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev