Akademik İradə Hüseynova: "2020-ci ildə biologiya və tibb elmləri sahəsində çoxsaylı elmi nəticələr əldə edilmişdir"
30.04.2021 12:40

2020-ci ildə biologiya, tibb, aqrar və ekologiya elmləri sahəsində çoxsaylı elmi nəticələr əldə edilmişdir. Nəticələrin bir qismi AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) əsas tədqiqat istiqamətlərindən biri olan biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılmasına aiddir.

 

Bu fikirlər AMEA-nın vitse-prezidenti, BTEB-in Elmi şurasının sədri, akademik İradə Hüseynovanın "Azərbaycan" qəzetində çap olunan "Müasir dünyanın çağırışları və elmin qarşısında duran vəzifələr" adlı məqaləsində yer alıb.

 

Məqalədə qeyd olunub ki, çətinliklərinə baxmayaraq, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin institutları öz fəaliyyətlərini davam etdirərək bir çox uğurlara imza atmışlar. AMEA Rəyasət Heyətinin “AMEA-nın 2020-2025-ci illər üçün İnkişaf proqramı”nda və postpandemiya dövrü üçün nəzərdə tutulmuş digər rəsmi qərar və sərəncamlarda biologiya, tibb, aqrar və ekologiya elmlərinə aid bir neçə ən müasir istiqamətin əks olunması müsbət qiymətləndirilməlidir. Həmin proqramda biotəhlükəsizlik, Azərbaycan populyasiyası ilə bağlı elmi tədqiqatlar öz əksini tapmış, biologiya və tibb elmlərinə diqqətin artırılması, xüsusilə patologiyaların, o cümlədən yoluxucu xəstəliklərin molekulyar-genetik metodlarla, eləcə də populyasiya səviyyəsində öyrənilməsi, biotexnologiya, mikrobiologiya, immunologiya, virusologiya, bioinformatika və neyrobiologiya sahələrində ən müasir elmi-texnoloji yanaşmaların - yüksək texnologiyaların, maşınöyrənmə və süni intellekt metodlarının, riyazi modellərin tətbiqi ilə tədqiqatların daha da genişləndirilməsi kimi vacib məsələlər nəzərə alınmışdır. Sadalanan problemlər ölkədə biologiya, tibb, aqrar və ekologiya elmlərinin AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq edilmiş 4 başlıca istiqamətin müəyyənləşdirilməsində bazis kimi götürülmüşdür.

 

Həmçinin molekulyar-bioloji tədqiqatlar nəticəsində ilk dəfə olaraq şabalıd ağacında patogenlik edən Cryphonectria parasitica göbələk növü ilə assosiasiyada olan iki yeni virus aşkar edilmişdir. Bitki biomüxtəlifliyinin öyrənilməsi sahəsində Dendrologiya İnstitutunun əməkdaşları da əhəmiyyətli fəaliyyətləri ilə seçilmişlər. Burada Abşeron yarımadasının təbii və mədəni florası təhlil edilərək, 201 fəsilə, 846 cins, 2879 növ və 6 variasiya aşkar edilmişdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır