Prostat və süd vəzi xərçənginin qarşısını alan - Zəncirotu yarpağının ekstraktı
29.04.2021 16:08
Araşdırmalar zəncirotu yarpağı ekstraktının prostat xərçəngi və süd vəzi xərçəngi hüceyrələrinin böyüməsini və yayılmasını yavaşlatdığını aşkar edib. Zəncirotu müxtəlif xəstəliklərin qarşısını almaq üçün həkimlər tərəfindən tövsiyə olunan bir bitkidir. Çünki tərkibində A, B, C, D vitaminləri var.
 
Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, zəncirotunun ən bilinən xüsusiyyətlərindən biri də qaraciyərə təsiridir. Bitki qanı təmizləməyə kömək edir və qaraciyəri mikroblardan, toksinlərdən təmizləyir. İmmuniteti gücləndirən və öd kisəsi xəstəliyinin müalicəsində istifadə olunan bu dərman bitkisindən hər kəs faydalana bilər.
 
Zəncirotu həzm sistemini aktivləşdirir və həzmi asanlaşdırır, mədə narahatlığını aradan qaldırır, iştahı artırır. Revmatizm səbəbindən yaranan sümük ağrısını azaldır. Revmatizm üçün müntəzəm olaraq istifadə edildikdə sümüklərin hərəkəti rahatlanır və ağrı kəsilir.
 
Sözügedən bitkinin çiçək və yarpaqları yazda yığılır, kökləri payızda kölgədə qurudulur.  Bitkinin çayından faydalanmaq üçün bir çay qaşığı incə doğranmış zəncirotunu gecə bir stəkan suda islatmaq, səhər oyandıqda bir neçə dəqiqə qaynatmaq, sonra isə dəmləmək lazımdır. Dəmdən götürdükdən sonra süzüb səhər yeməyindən əvvəl və sonra içmək məsləhətdir.
 
Araşdırmalar sübut edib ki, zəncirotu qan şəkərini də tənzimləyir, insulin istehsalını tarazlayır. Lakin diabetli xəstələr yalnız həkim nəzarəti ilə istifadə etməlidirlər. Diüretik (sidikqovucu) dərmanlarla istifadəsi sağlamlığa ciddi təsir göstərə bilər.
 
Zəncirotunun çiçək hissəsindən alınan süd dəri sağlamlığı üçün çox təsirlidir. Göbələk, ekzema və qaşınma kimi problemlər üçün istifadə etməklə daha yaxşı nəticələr almaq mümkündür. Bitki sızanaq üçün də müalicə mənbəyidir. Bu məqsədlə təzə budağı iki yerə bölüb ondan çıxan südü krem şəklində dəriyə çəkmək olar. Allergiya varsa, diqqətli olmaq faydalıdır.
 
 
ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
 Azərbaycanda transplantasiyanın tarixi   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib