Qida məhsullarının izlənmə sisteminin qurulması üzrə konsaltinq xidməti -  AQTİ 
29.04.2021 12:53

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida məhsullarının izlənmə sisteminin qurulması üzrə peşəkar konsaltinq xidməti təklif edir.

 

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən verilən məlumata görə, müəssisədə məhsullarının izlənmə sisteminin qurulması xammal qəbulu və emalının qeydiyyatı, məhsul istehsalının qeydiyyatı, hazır məhsulun izlənməsi sistemi, həmçinin geri çağırma üzrə prosedurların hazırlanması dövrlərini əhatə edir. Peşəkar mütəxəssislər tərəfindən icra olunan xidmət müəssisəyə yararsız məhsulun anbarda qalma ehtimalının minimuma endirmək, yararsız məhsulun satış nöqtələrindən vaxtında yığışdırmaq, eyni zamanda tədarükçü və distribyutorların çatdırılma faizi və göndərmə dəqiqliyi üzrə qiymətləndirilməsini həyata keçirməyə imkan verir.

 

Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri qida məhsullarının izlənmə sisteminin qurulması üzrə peşəkar konsaltinq xidmətindən istifadə etmək üçün sahibkarlar (012) 377 00 20 (daxili 553) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 

Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsaltinq , həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri təklif edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır