Pediatr: “Həyəcanlı cizgi filmləri uşaqlarda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər”
28.04.2021 16:54

Bəzən uşaqlarda həyəcanlı cizgi filmləri, telefon oyunlarından sonra sinir sisteminin funksional pozğunluqları, qorxu, təşviş, tez-tez nəfəz çatışmazlığı müşahidə olunur. Eyni zamanda göz, ağız-burun tikləri, mədə-bağırsaq narahatlıqları, qəbizlik, yaxud ishala da rast gəlinir.

 

Aztibb.az xəbər verir ki, bunu tanınmış həkim-pediatr Günay Rəsulova deyib. 

 

Bundan əlavə, davamlı texnoloji yüklənmə yaşayan uşaqlarda baş ağrısı, yorğunluq, əsəbilik, iştah pozğunluqları (artma və ya azalma) kimi hallara tez-tez rast gəlirik:

 

“Bu hallar biz pediatrları çox narahat edir. Çünki sürətlə böyüyən uşaq orqanizmi üçün texnoloji stresin gələcək fəsadları qaçılmazdır. Nə qədər çətin olsa da, uşaqlarımızı texnologiyadan uzaq tutaq. Bunun üçün ən qızıl qayda isə odur ki, ilk növbədə özümüz bu vasitələrdən maksimum uzaq durmalı, daha çox kitab oxumalı, uşaqlarla açıq havada gəzməli, aktiv oyunlar oynamalıyıq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev