Yaxşı əhval-ruhiyyəyə sahib olmaq üçün rasiona bu məhsulları əlavə edin - Diyetoloqlar AÇIQLADI
28.04.2021 15:01

Qidalanmanın köməyi ilə pis əhval-ruhiyyənin öhdəsindən gəlmək mümkündür.

 

Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, bu barədə diyetoloqlar Culi Hocson və Luiza Vilkokson bildiriblər.

 

Depressiyanın müalicəsi baxımından rasionun böyük rol oynadığı artıq məlumdur. Əhval-ruhiyyəni tünd şokolad, yağlı balıq və yumurta sarısı qəbul etməklə yüksəlmək olar.

 

Tünd şokolad maqneziumla zəngindir və sakitləşməyə kömək edir. Oxşar təsirə avokado, badam və anakardium malikdir. Diyetoloqlar rasionda daha çox faydalı yağlarla zəngin olan və depressiyanın simptomlarını yüngülləşdirmək imkanına malik skumbriya və qızılbalıq istifadə etməyi məsləhət görürlər. Bu balıqlarda beyinin işinə müsbət təsir edən omeqa-3 yağ turşuları var. Yumurta sarısında olan D vitamini də beyin üçün faydalıdır.

 

Antidepressantların qəbulu fonunda diyetoloqlar zülallarla zəngin hind toyuğu və mal əti istehlakını artırmağı məsləhət görürlər. Ət göyərtilərlə birgə istifadə olunmalıdır. Həmçinin B qrupu vitaminlər ilə zəngin məhsullar (ispanaq və kələm) istifadə edilə bilər. Şirniyyat əhvalı yüksəltdiyindən ekspertlər desertlərdə onlardan istifadəni qəbul edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev