Yüksək təzyiq zamanı ilkin tibbi yardım 
28.04.2021 14:43
Hipertoniya ən geniş yayılmış xəstəliklərdən biridir. Ona hər bir insanda rast gəlinə bilər, lakin yaşlı insanlar yüksək təzyiqdən daha çox əziyyət çəkirlər.
 
Aztibb.az Salyan rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki, yüksək təzyiq zamanı bu qaydalara əməl edərək ilkin tibbi yardım göstərə bilərsiniz:
 
Xəstəni rahat yarıoturaq vəziyyətə gətirin. Beyin damarlarındakı stressi azaltmaq üçün baş bədən səviyyəsindən yuxarıda olmalıdır.
 
Xəstənin tam istirahət vəziyyətində olmasını təmin edin. Heç bir şey onu qıcıqlandırmamalıdır. Sakit bir mühit yaradın və işıqları azaldın.
 
Xəstənin ayaqlarını isitmək lazımdır. Bunu etmək üçün ayaqlarına xüsusi istilik yastığı, və ya plastik şüşədə isti su tətbiq edə bilərsiniz, lakin 20 dəqiqədən çox saxlamaq olmaz.
 
Əgər bu ilk hal deyilsə və xəstədə həkim tərəfindən təyin olunan dərmanlar varsa, təzyiqi dərmanlarla aşağı salmaq lazımdır.
 
Dərman vasitəsi ilə bir saat ərzində nəticə yoxdursa, təlimatlar təkrar olunmalı, və ya təcili tibbi yardım çağırılmalıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev