Nadir genetik xəstəlikdən əziyyət çəkən 11 yaşlı qızın əməliyyatı uğurla başa çatıb - Mərkəzi Klinika
28.04.2021 14:00
Mərkəzi Klinikada böyrəyini itirmək təhlükəsi ilə üz-üzə olan, çox ağır və nadir rast gəlinən genetik xəstəlikdən - tirozinemiyadan əziyyət çəkən 11 yaşlı qızın əməliyyatı uğurla başa çatıb. 
 

Bu barədə Mərkəzi Klinikanın uşaq cərrahiyyəsi və urologiyası uzmanı, cərrah Fuad Hüseynov sosial şəbəkədə məlumat verib.

 

Həkim bildirib ki, qaraciyər transplantasiyası ehtiyacı olsa da, uyğun donor tapılmadığı üçün pasiyent hələ ki gözləmək məcburiyyətindədir. Onun böyrəyində sidik axarındakı xəstəliyə bağlı çoxsaylı daşlar yaranıb. Sağ sidik axarındakı 11-12 mm ölçüsündəki daş sidik axarını bağlayaraq sidiyin axmasına mane olurdu. Nəticədə, uşağın güclü ağrıları olurdu, eyni zamanda böyrəyində ciddi genişlənmə yaranmışdı.

 

"Bütün risklər göz önünə alınaraq məcburi cərrahi əməliyyat qərarı verildi. Qapalı üsulla sidik axarına kamera vasitəsilə daxil olunaraq lazer vasitəsilə daşlar qırıldı, stent taxıldı, sidiyin rahat axımı bərpa edildi. Pasiyent 1 gün sonra evə yola salındı", - deyə F.Hüseynov əlavə edib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır