Nazir: "Əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar tam hazırdır"
28.04.2021 13:19

“Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edirik. Xüsusilə əlliliklə bağlı məsələlərdə böyük irəliləyişlər var. Azərbaycanda  bu sahədə indiyədək olan ən böyük islahat yekun mərhələsinə daxil olub. Əlilliyin köhnə sovet sistemindən qurtararaq tam müasir, Avropa İttifaqının müvafiq direktivlərinə uyğun ən yaxşı təcrübəyə uyğun meyarlarla təyin edilməsi təyin edilməsi, ödənişlərin buna uyğunlaşdırılması, qiymətləndirilməsinin təşkil edilməsi istiqamətində ciddi iş aparırıq”.

 

Bunu Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

 

Nazir bildirib ki, əlilliyin böyük hissəsi məhz iş yerlərində baş verən hadisələrin nəticəsində meydana çıxır: “Bizim qarşılıqlı əməkdaşlığımızla artıq bu meyarlar tam hazırlanıb və hökumət qurumları ilə müzakirə edilib. Parlamentə təqdim olunma ərəfəsindədir. Biz inanırıq ki, sənəd parlamentin bu sessiyasında qəbul olunacaq və 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Bu dövr ərzində yenə Ümumdünya Səhiyyə Təşkilatı ilə aktiv şəkildə işləyərək, həm Səhiyyə Nazirliyinin, həm TƏBİB-in digər əlaqədar şəxslərin təlimləndirilməsi təmin olunacaq. Çünki yeni meyarlar yeni yanaşma tələb edir. Bu meyarlar faktiki olaraq dünyada mövcud olan hər xəstəlik üzrə kriteriyaların, faizlərin, hər xəstəliyin insanın əmək qabiliyyətinə, özünəqulluq qabiliyyətinə təsir faizlərini müəyyən edir”.

 

S.Babayevin sözlərinə görə, bu, geniş proqramdır: “Minlərlə həkimin təlimdən keçməsi təmin olunacaq. Onlar əsasında əlilliyin qiymətləndirilməsi aparılacaq. Bu da vətəndaşlarımız üçün daha şəffaf və tam başa düşülən mexanizmə çevriləcək”. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır