Şəfa qaynağı olan arı südünün bilmədiyiniz FAYDALARI
28.04.2021 14:01

Arı südü immuniteti gücləndirir və ömrü uzadır. Bunun sübutu isə yalnız arı südü ilə qidalanan ana arıdır. Çünki  adi arılar orta hesabla 45-50 gün yaşayarkən, ana arılar 5 il yaşayır.

 

Arı südünün istehsalı çox zəhmət tələb edir. Süd bir həftəlik gənc arılar tərəfindən istehsal olunur. Arı südünü arılar çənələrindəki vəzilər vasitəsi ilə ifraz edirlər. Bu süd xərçəng xəstəliyi ilə mübarizədə bütün dünyada geniş olaraq istifadə edilir.

 

Aztibb.az-ın xəbərinə görə, arı südü mikrobları məhv etdiyi kimi onların əmələ gəlməsinə də mane olur. Sonsuzluq problemi zamanı istifadə olunur. Damar tıxanıqlığını aradan qaldıraraq qan axınını yaxşılaşdırır. Şəkər xəstələrinə arı südü verildikdən sonra bu xəstələrdə yaxşılaşma müşahidə olunur.

 

Arı südü astma, bronxit və nəfəs darlığı çəkən xəstələr üçün də müalicəvidir və ağciyəri təmizləyərək bəlğəmi azaldır. Bundan başqa, uşaqların zehni və fiziki inkişafını sürətləndirərək əzələ və sümük inkişafını dəstəkləyir.

 

Arı südü su, bəhməz və ya süddə həll edilərək istifadə edilə bilər. Ən məşhur olanı balla qarışdırılandır. Bal, həm bir az turş olan arı südünün daha rahat alınmasına kömək olur, həm də qoruyucu xüsusiyyəti ilə arı südünün xarab olmasının qarşısını alır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev