Göbələklərin xərçəng əleyhinə təsiri sübut edildi - TƏDQİQAT
27.04.2021 15:38

Pensilvaniya Universiteti xərçəng və qidalanma arasında əlaqəyə dair 17 tədqiqatın analizinin nəticələrinə əsasən müəyyən edib ki, onkoloji xəstəliklər riskini azalmaq baxımından göbələklər xüsusilə faydalıdır.

 

Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, tədqiqat çərçivəsində 19500-dən çox insanın məlumatları nəzərə alınıb. Məlum olub ki, gündəlik rasionuna göbələklərin istənilən növlərini daxil edən insanlarda xərçəngin inkişafı riski azalır.

 

Alimlərin sözlərinə görə, gündə 18 qram göbələk istehlakı rasionda göbələklərdən tamamilə istifadə etməyənlərlə müqayisədə, xərçəng riskini 45% aşağı salıb. Göbələklərin müsbət nəticəsi xüsusilə süd vəzi xərçəngi riskində özünü göstərib. Məlumdur ki, göbələklər vitaminlər, mikroelementlər və qidalandırıcı maddələrlə zəngindir.

 

Göbələklərdə bol miqdarda erqotionein mövcuddur. Bu, güclü antioksidant xüsusiyyətlərə malik, yüksək temperatura davamlı, suda həll olunan aminturşudur. Məhz bu xüsusiyyətlərə görə göbələklərin xərçəng əleyhinə effektini izah etmək olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev