Hepatit B insana hansı yollarla yoluxur? - Xəstəliyin klinik ƏLAMƏTLƏRİ
27.04.2021 14:06
Hepatit B qaraciyərdə iltihablaşmaya səbəb olan DNT tərkibli hepatit B virusunun (HBV) səbəb olduğu yoluxucu bir xəstəlikdir. Hepatit B virusunun inkubasiya müddəti 30-180 gündür.
Aztibb.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim-infeksionisti Aygül Əliyeva məlumat verib. Bildirib ki, parenteral, cinsi, perinatal, horizontal kimi yoluxma yolları olan hepatit B-nin bu yoluxma yollarına əsasən risk qrupları müəyyənləşdirilib.
"Bu risk qrupları tez-tez qan köçürülən şəxslər, hemodializ xəstələri, tibb işçiləri, narkotik maddə istifadəçiləri, HBV daşıyan ananın uşaqları, döymə, piercing və akapunktur etdirənlər, çoxsaylı cinsi partnyorları olan şəxslər, HbsAg pozitiv olan xəstələrin ailə üzvləri, qocalar evi, uşaq evi və cəzaçəkmə müəssisələrində yaşayanlardır", - deyə həkim vurğulayıb.
O, hepatit B xəstəliyinin klinik əlamətlərindən bəhs edib:
"Halsızlıq, yorğunluq, iştahasızlıq, gözdə və dəridə saralma, çəki itkisi, sağ qabırğaaltı nahiyədə ağrı, qaşınma, tünd rəngli sidik ifrazı və açıq nəcis, qarında şişkinlik və ayaqlarda ödəm. Risk qrupunda olan şəxslərdə vaxtaşırı olaraq HbsAg, Anti HBs və AntiHBc-İgG anticisimlərinə baxılmalıdır".
HbsAg (+) olan şəxsdə aşağıdakı müayinələr olunmalıdır:
- Qaraciyər zədələnməsini göstərən laborator müayinələr: Qanın ümumi analizi, ALT, AST, ALP, GGT, ümumi bilirubin, birləşmiş bilirubin, ümumi zülal, albumin, protrombin vaxtı, AFP;
- HBV replikasyasını və kəskin-xroniki mərhələni müəyyənləşdirmək üçün seroloji və molekulyar testlər: Anti HBc-IgM, HbeAg, Anti-Hbe, HBV DNT;
- Ko-infeksiyalar üçün Anti-HDV, Anti-HCV, Anti-HİV baxılmalı və qarın boşluğu orqanlarının USM-i olunmalıdır.
Onun sözlərinə görə, HBV infeksiyası iki qrupa - kəskin və xroniki infeksiyaya bölünür.
- Kəskin hepatit B infeksiyası simptomatik, asimptomatik və nadir hallarda fulminant hepatitə səbəb ola bilər. Kəskin infeksiyanın müalicəsi dəstək terapiya ilə aparılır. İNR>1.5 və ya PT göstəricisi 4sn və daha uzun olan ciddi kəskin HBV xəstələrə isə antiviral müalicə başlanmalıdır;
- Fulminant B hepatiti sarılıq və koagulopatiya ilə birlikdə qaraciyər funksiyalarının sürətli pozulması və hepatik ensefalopatiya ilə nəticələnən klinik mənzərədir. Qaraciyər transplantasiyası mümkün olmayan hallarda ölüm faizi yüksəkdir.
Həkim əlavə edib ki, inaktiv hepatit B xəstələrində də aktivləşmə ola bilər. İlk il 3 ay fasilələrlə ALT yoxlanılmalıdır. Normal olarsa 6-12 aydan bir ALT və HBV DNT baxılmalıdır. Yüksək risk qrupunda olan şəxslər 6 ayda bir AFP və USM, aşağı risk qrupunda olanların isə ildə bir dəfə yoxlanması məsləhətdir. Xəstədə siroz və ağırlaşmalar yoxdursa müalicəsiz izlənilməlidir.
Xroniki hepatit B zamanı isə HBV DNT>2000İUml və Fibroz>2 olan xəstələrdə antiviral müalicə başlanmalıdır. Xroniki HBV infeksiyası zamanı vaxtında və düzgün müalicə seçimi ilə qaraciyər sirrozu və qaraciyər xərçəngi kimi ağırlaşmaların qarşısını almaq mümkündür.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

