Yalnız bu hallarda körpəyə ana südü vermək olmaz - Pediatr analara ÇAĞIRIŞ etdi
27.04.2021 13:48
"Ana südü təbii və ən möhkəm peyvənddir".
Yağlı və ya yağsız, duzlu, yaxud duzsuz, kalorili-kalorisiz, mikroblu-mikrobsuz ana südü olmur. Bu yanlış təsəvvürlərə görə neçə-neçə uşaq boş yerə bu nemətdən məhrum olur. Onsuz da psixologiyası gərgin olan, yeni ana olmuş qadınlara kənardan belə mənfi fikirlərlə təzyiq göstərməkdənsə, öz övladına bu dəyərli neməti verə bilməsi üçün onlara mənəvi dəstək olmaq lazımdır.
Aztibb.az xəbər verir ki, tanınmış həkim-pediatr Günay Rəsulova sosial şəbəkədə ana südünün faydaları barədə etdiyi paylaşımda belə deyib.
Həkim bildirib ki, yalnız aşağıdakı səbəblərə görə ana övladına süd verə bilməz:
- Anada HİV infeksiyası (QİÇS) varsa;
- Müalicə edilməmiş bruselyoz (müvəqqəti) varsa;
- Aktiv vərəm (müvəqqəti) varsa;
- Gilə ucu herpes səpkiləri olan analar (müvəqqəti);
- Diaqnostika və ya müalicə məqsədilə radyoizotoplara məruz qalan analar (müvəqqəti);
- Onkoloji müalicə (sitostatiklər) alan analar (müvəqqəti);
- SMV seropozitiv anaların 1500 qramdan az və ya 32 həftədən tez doğulan uşaqlar;
- H1N1 infeksiyası keçirən analar qızdırma düşənə qədər (müvəqqəti);
- Süd vəzi absesi olan ana (müvəqqəti);
- Şizofreniyalı ana (övladına zərər verə bilər).
Ən çox sual doğuran digər məqamlar
- Mənfi rezuslu ana süd verə bilər;
- Mastitli (süd vəzisi şişkinləşmiş, qızarmış, qızdırma verən) ana (əksinə bol-bol əmizdirməlidir);
- Qızdırmalı ana süd verə bilər;
- Hamilə ana (obstetrik risk daşımırsa) övladına süd verə bilər;
- Hepatit B, C-li ana gilə ucunda qanayan çat yoxdursa, əmizdirə bilər;
- Koronaviruslu ana antiseptik qaydalara əməl etməklə, maska ilə körpəni əmizdirə bilər.
Əgər ana çox narahatdırsa, südü sağıb məsafədən yedizdirə bilər. Koronavirus uşağa südlə keçmir. Bu virus hava-damcı yolu ilə keçdiyinə görə tövsiyələri nəzərə alaraq yenə də analar körpələrini öz südü ilə bəsləməyə davam edə bilər.
"Ana südü körpə üçün çox vacib bir qidadır. Bu süd ilə qidalandırılan uşaqların immuniteti möhkəm olur. Ana südü yeyən, amma tez-tez xəstələnən uşaqlar isə əmizdirilməmiş olsaydı, hər xəstəliyi daha fəsadlı keçirə bilərdi. Ana südü təbii və ən möhkəm peyvənddir. Uşaqları ana südündən və peyvənddən məhrum etməyin", - deyə həkim analara çağırış edib.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

