Antioksidant və iltihab əleyhinə təsirə malik YEMİŞANIN FAYDALARI
27.04.2021 12:14

Apteklərdə satılan yemişan cövhəri sovet dövründən insanların ürək dərmanı kimi tanıdığı dərman bitkisidir. Yemişan ürək, qan-damar sistemi üçün olduqca faydalıdır.

 

Aztibb.az xəbər verir ki, onun toxumlarında amiqdalin adlı maddə olduğundan yemişanın ancaq meyvələrindən istifadə edilir.

 

Yemişanda antioksidantlar, polifenollar, flavonoidlər, antosianidlər var.

 

Tədqiqatlar göstərib ki, meyvələrindən çay, cövhər, dəmləmə 6-8 həftəlik istifadədən sonra müsbət təsirini göstərir.

 

Qədim Çin, Avropa, Amerikada loğman və həkimlər onunla ürək çatışmazlığı və aterosklerozu müalicə edirdilər.

 

Alimlər yemişanın ürək-damar sisteminə 4 təsirini göstərir:

 

- antioksidant;

- iltihab əleyhinə;

- damarların qorunması;

- lipidlərin səviyyəsinin azalması.

 

Müşahidələr göstərib ki, yemişan qəbul edən insanlarda təngnəfəslik, ürəkdöyünmə, yorğunluq, ürək problemləri azalır.

 

Yemişan qanda oksid azotun səviyyəsini artırır, qan təzyiqini aşağı salır. Onun digər ürək-damar dərmanları ilə yanaşı qəbul edilməsinin yan təsirlərinə rast gəlinməyib.

 

Bu bitki qədimdən həzm, mədə-bağırsaq problemləri, qəbizliyə qarşı vasitə olub. O, liflidir, prebotik kimi təsir edir.

 

Yemişan ekstaktı bu problemlərdə də effektivdir:

- qidanı həzm sistemindən tez keçirir;
- Mədəni qoruyur;
- Qaraciyərin piylənməsinin qarşısını alır;
- Qəbizliyi aradan qaldırır.

 

Tərkibindəki polifenollar sayəsində dərinin struktur və funksiyasına da təsir edir. O, dərini ultrabənövşəyi şüaların təsirindən, kollagenin itirilməsindən, qocalmaqdan qoruyur.

 

Yemişanla müalicə dərinin epidermisini yaxşılaşdırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev