Siqareti tərgitmək istəyənlər KAHI yesin  
27.04.2021 11:42

Avstraliyalı alimlәr tərəvəzlərdə olan amin turşularının siqareti tərgitməyə yardımçı olduğunu aşkarlayıblar. Braziliyalı araşdırmaçılar da bu faktı təsdiqləyiblər.

 

Aztibb.az xəbər verir ki, 34 nəfər siqaret aludəçisinin iştirak etdiyi araşdırma zamanı amin turşularının sağaldıcı təsiri müşahidə edilib.

 

Araşdırmanın rəhbəri, professor Maykl Berk amin turşusunun ən yaxşı mənbəyinin kahı olduğunu vurğulayıb. O, bildirib ki, digər yaşıl yarpaqlı tərəvəzlər də amin turşularını ehtiva edirlər:

 

"Lakin kahı bu maddə ilə daha zəngindir. Amin turşuları siqareti tərgitmək üçün həkimlər tərəfindən yazılan dərmanlardan belə daha təsirlidir. Bu turşular arasında ən güclüsü olan NAC siqaretlə yanaşı, kokain və digər narkotik maddələrə aludə olanları da müalicə edə bilir. NAC maddəsi narkotikə qarşı duyulan ehtiyacın, aclığın qarşısını alır. Bu maddə həm də narkotiklərin beyinə vurduğu zərərin qarşısını ala bilir".

 

Mütəxəssislər narkotik asılılığından əziyyət çəkənlər üçün tərkibində NAC maddəsi olan yeni dərmanların hazırlanacağını da bildirirlər.

 

Siqaret aludəçiləri isə salatlarına bol miqdarda kahı əlavə edərək 1 ay ərzində siqaretdən xilas ola bilərlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev