"Apelsin dərisi" görüntüsünə səbəb olan Şulman xəstəliyi 
27.04.2021 11:21

Şulman xəstəliyi dərin fassiyaların, əzələlərin, dərialtı toxumanın, dərinin zədələnməsi ilə xarakterizə olunan, eozinofiliya və hiperqammaqlobulinemiya fonunda gedən birləşdirici toxumanın diffuz xəstəliyidir.

 

Aztibb.az N.Tusi adına Klinikaya istinadla xəbər verir ki, şulman xəstəliyinin kliniki mənzərəsi üçün “apelsin dərisi” tipli dəri qalınlaşması, ətrafların distal nahiyələrinin ödemi, poliartralgiya, oynaqların bükülmüş kontrakturaları, mialgiyalar xarakterikdir.

 

Xəstəliyin diaqnostikası kliniki simptomlar, laborator göstəricilər (hipereozinofiliya, hiperqammaqlobulinemiya), dəri və əzələ biopsiyasının nəticələrinə əsaslanır.

 

Şulman xəstəliyinin müalicəsi kortikosteroidlər, qeyri-steroid iltihabəleyhinə preparatlar, sitostatiklərin təyini, ekstrakorporal hemokorreksiyadan ibarətdir.

ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
 Azərbaycanda transplantasiyanın tarixi   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib