Bu müalicə dənizdə 3 gün istirahəti əvəz edir - Qaloterapiya  
27.04.2021 10:30
Qaloterapiya (duz şaxtasında müalicə) - fizioterapiyanın müalicəvi üsullarından biridir. Qaloterapiya yunan sözü olub duz ilə müalicə deməkdir. Bu dərmansız müalicə üsulunda orqanizmə NaCL duzunun kiçik dispersli aerozolu (1-5 mikron) təsir göstərir. 30-40 dəqiqə duz otağında müalicə, dənizdə 3 gün istirahəti əvəz edir.
 
Aztibb.az Uşaq Bərpa Müalicə Mərkəzinə istinadla xəbər verir ki, bu Mərkəzdə yaradılan qalokamera bütün tibbi tələblərə uyğundur. Divarlar müalicəvi duzla örtülüb. Duz ionları qalogeneratordan otağa daxil olur. Otaqdakı hava, səssizlik və müsbət psixi sfera xəstələrə yaxşı təsir edir. Agciyərin, bronxların təmizlənməsi və immun sisteminin möhkəmlənməsinə səbəb olur.
 
Göstərişlər:
 
1. COVID-19 xəstəliyindən sonrakı bərpa müalicəsi və reabilitasiya;
2. Tənəffüz sistemi xəstəlikləri - bronxial astma, bronxitlər, pnevmoniya, respirator allergoz;
3. LOR patologiyası - vazomotor, allergik rinit, sinusit, faringit və s;
4. Dəri xəstəlikləri;
5. Dermatozlar, psoriaz, ekzema, yuvenil səpkiləri.
 
Müalicə 30 dəqiqə -1 saat ərzində 10-12 prosedur olmaqla aparılmalıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev