Həkim-terapevt: Gün ərzində hər kəsin öz ovcunun içi tutduğu qədər meyvə qəbul etməsi məsləhətdir
26.04.2021 17:10

Yaz ayları gələndə insan orqanizmi bəzən fəsil dəyişikliyinə öyrənə bilmir. Belə olanda orqanizmdə halsızlıq, yorğunluq və avitaminoz kimi müəyyən dəyişikliklər müşahidə olunur. Bu zaman meyvələrlə qidalanmağa üstünlük vermək ən yaxşı çıxış yoludur. Meyvələr qida rasionumuzun əsas hissəsidir. Onların tərkibində çox sadə mikroelementlər və vitaminlər var. Ona görə də həkimlər meyvələri həmişə qida rasionuna daxil etməyi məsləhət görürlər.

 

Həkimlər yaz aylarında immuniteti dəstəkləmək və avitaminozdan əziyyət çəkməmək üçün yeyilməsi lazım olan meyvələr barədə məlumat veriblər. Məsələn, B6, K və S vitaminləri ilə zəngin olan nar immuniteti gücləndirir, mərkəzi sinir sisteminin işini, qanı normalaşdırır. Banan S, K və A vitaminləri və maqneziumla zəngindir. Onlar maddələr mübadiləsini yaxşılaşdırır, bədəndəki şlak və mayeni xaric edir, qandakı xolesterinin səviyyəsini aşağı salır, immuniteti bərpa edir, əsəbləri sakitləşdirir. Buna görə də bir çox idmançılar, xüsusən də tennisçilər yarışdan qabaq və sonra banan yeyirlər.

 

Aztibb.az xəbər verir ki, Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva deyib: “Yaz fəslində istifadə edilən meyvələr, daha çox alma, avokado, banan, eyni zamanda, yaz mövsümündə təbii formada yetişən çiyələk, gilas, alça və limonun çox böyük faydası var. Meyvələr vasitəsilə A, S və K vitaminləri qəbul edilir. K vitamini daha çox bananda olur, A vitamini çiyələk və giləmeyvələrin bir çoxunda var.

 

Banan yeməklə kökəlməkdən ehtiyat edənlər müəyyən normanı keçməməyə çalışmalıdırlar. Məsələn, gün ərzində bir banan yeməyin heç bir ziyanı yoxdur. Bundan başqa mütəxəssislər yaz-yay aylarında daha çox giləmeyvələrə üstünlük verməyi məsləhət görürlər. Bunun səbəbi giləmeyvələrin daha az kalorili olmasıdır.

 

Həkim-terapevtin dediyinə görə, gün ərzində hər kəs öz ovcunun içi tutduğu qədər meyvə qəbul etməsi məsləhətdir: “Axşam gec saatlarda meyvə qəbulu məsləhət deyil. Xüsusilə günün birinci yarısı, səhər və günorta yeməyi arası qəlyanaltı zamanı ondan istifadə etmək olar. Çəkisi artıq olanların, şəkərli diabetdən əziyyət çəkənlərin turş meyvələrə üstünlük verməsi daha yaxşıdır. Əncir, tut, üzümün tərkibində şəkərin miqdarı daha çoxdur, onlar meyvə olsalar da, tərkibində təbii şəkər var. Şəkərin isə normadan artıq qəbulu sağlamlıq problemi olanlar üçün zərərli ola bilər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev