Yeni həyatın başlanğıcı - Böyrək TRANSLANTASİYASI kimlər üçün göstərişdir?
24.04.2021 23:38
Böyrək çatışmazlığının başlanğıc mərhələdə olduğu vəya dializ müalicəsi alan pasientlər üçün böyrək nəqli (transplantasiyası) son dərəcə vacibdir. Hazırda böyrək nəqli müvəffəqiyyətlə aparılır və böyrək çatışmazlığı olan pasientin uzun və sağlam yaşamasını təmin edən müalicə üsuludur.
 
Aztibb.az xəbər verir ki, bu fikirləri nefroloq Barat Yusubov sosial şəbəkədə bildirib. O, qeyd edib ki, xəstələr arasında "mən böyrək nəqli üçün uyğun olmaya bilərəm" kimi səhv bir düşüncəyə rast gəlinir.
 
Həkimin sözlərinə görə, pasientdə kardioloji əməliyyata dözə bilməyəcək qədər ciddi ürək-damar problemi və ya xərçəng xəstəliyi yoxdursa o, böyrək nəqlinə uyğundur. Həmçinin tuberkulyoz və hepatit kimi infeksiyon xəstəlikləri olan pasientlərin mikrobik durumu aktiv deyilsə, böyrək nəqli ola bilərlər.
 
"Sizə böyrək vermək istəyən bir qohumunuz varsa, canlı böyrək nəqli, yoxdursa donor nəqli ilə əməliyyat olma şansını nəzərdən keçirin", - deyə B.Yusubov bildirib. 
ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
 Azərbaycanda transplantasiyanın tarixi   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib