Oruc süfrələrinin bəzəyi, cənnət meyvəsi - XURMA
24.04.2021 16:15

Ramazan ayında sahur və iftar süfrələrini xurmasız təsəvvür etmək qeyri-mümkündür. Tərkibində karbohidrat olduğuna görə xurmanı sahurda yemək məsləhətdir, çünki uzun müddət toxluq hissi yaradır.

 

Cənnət meyvəsi hesab olunan xurma həzm sistemini yaxşılaşdırır, beynin fəaliyyətinə müsbət təsir göstərir, yaddaşı möhkəmləndirir, yorğunluğu aradan qaldırır.

 

Aztibb.az xəbər verir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov AZƏRTAC-a deyib: “Xurmanın orqanizmdə xolesterini aşağı salmaq qabiliyyəti var. Qan dövranını yaxşılaşdırır, ürəyi qoruyur, və beyin-qan dövranı üçün çox faydalıdır. Sümük-oynaq sistemini möhkəmləndirir. Hamilələr üçün də onunla qidalanmaq faydalıdır”.

 

Xurma dərini gözəlləşdirir, yaşlanmanın qarşısını alır və saçların qidalanmasına kömək edir. Gündə dörd xurma yemək immuniteti gücləndirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev