Azərbaycan Onkoloqlar Cəmiyyətinə kim üzv ola bilər?/Qeydiyyat qaydaları
23.04.2021 12:22

Azərbaycan Onkoloqlar Cəmiyyəti (AOC) onkologiya və digər tibb sahələri üzrə elmi-tədqiqat və praktiki işlərdə çalışan tibb işçilərinin könüllü təşkilatıdır.

 

Tibbi onkoloqlarla yanaşı, onkologiya sahəsi üzrə marağı və təhsili olan səhiyyə və ya tədqiqat sahəsində fəaliyyət göstərən mütəxəssislər, cərrahlar və şüa-terapevtlər AOC-yə üzv ola bilərlər. AOC üzvləri cəmiyyət tərəfindən təşkil edilən tədbirlərdə iştirak etməklə yanaşı, onlayn vəsaitlərə giriş imkanı və digər üstünlüklər əldə edirlər.

 

Cəmiyyət onkologiya sahəsi üzrə çalışan mütəxəssisləri bir araya gətirərək hər bir fərdi üzvün peşəkar şəbəkəsini genişləndirmək, bu sahə üzrə müzakirələr və fikir mübadiləsi aparmağı asanlaşdırır.

 

AOC tərəfindən onkologiya üzrə bilik mübadiləsinin aparılması, bu sahədə çalışan həkimlərin nəzəri və praktiki biliklərinin artırılması, o cümlədən yeni elmi nailiyyətlər və üsullar ilə bölüşmək məqsədilə hər ay iclaslar təşkil edilir. Hər iclasda həkimlər tərəfindən müxtəlif mövzularda məruzələr dinlənilir və geniş müzakirələr aparılır. Bununla yanaşı, AOC həmçinin beynəlxalq miqyasda tədbirlər təşkil edir. Dünyanın aparıcı mütəxəssisləri tədbirlərdə çıxış edərək öz bilik və təcrübələrini bölüşürlər. AOC-nin üzvü olan həkimlərə cəmiyyət tərəfindən təşkil edilən tədbirlərdə məruzələrlə çıxış etmək imkanı yaradılır.

 

AOC tərəfindən təşkil edilən konfranslar və digər tədbirlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən davamlı tibbi təhsil üzrə akkreditasiya olunur və tədbirlərdə iştirak etmiş həkimlərə müvafiq kredit vahidi verilir.

 

Tibb sahəsi üzrə təhsil alan və onkologiyaya marağı olan tələbələr də AOC-a qoşula bilərlər. Tələbələr cəmiyyətin fəaliyyətində könüllü kimi fəal iştirak edərək təcrübə qazana, həmçinin AOC-un üstünlüklərindən yararlana bilərlər. AOC-a qoşulmaq tələbələrə onkologiya sahəsində çalışan mütəxəssislərlə müntəzəm ünsiyyətdə olmaq imkanı yaradır və gələcəkdə bu sahə üzrə uğurlu karyera qurmağa kömək edir.

AOC-yə necə üzv olmaq olar?


1)aoc.com.az saytına daxil olaraq üzv olmaq bölməsinə keçid edin;

2)Qeydiyyat formasını dolduraraq “göndər” düyməsini basın;

3)Qeyd etdiyiniz elektron ünvana göndərilən təsdiq məktubundakı linkdən keçid edib tələb olunan sənədləri sistemə yükləyərək qeydiyyatınızı tamamlaya bilərsiniz. Hesabınız 24 saat ərzində aktivləşəcək.

 

AOC ilə əlaqə:


E-mail: aoc.com.az@gmail.com.
Tel: +994 12 537 08 11 (2936)
+994 55 495 55 69. 

ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
 Azərbaycanda transplantasiyanın tarixi   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib