Ən ağır onkoloji xəstələri müalicə edən sadə MOERMAN pəhrizi
23.04.2021 10:09

Xərçəngin müalicəsində tətbiq olunan üsullardan biri də pəhrizdir. Bu pəhrizlərə Reviçi, Qurzonu, Broys, Nişi, Qouler, Şatalova, Qrinizeyşn və s. qida sistemlərini misal göstərmək olar.

 

Xərçəng əleyhinə tətbiq edilən ən məşhur qida sistemilərindən biri də Moerman pəhrizidir.

 

Aztibb.az xarici mətbuata istinadən bildirir ki, XX əsrdə Niderlandda yaşamış Kornelus Moerman öz metodu ilə xərçəng xəstəliyinə tutulan 150 xəstədən 115-ni tam sağaltmağa nail olub. Lakin tibb elminin həmin üsulu qəbul etməsi heç də asan başa gəlməyib. Həkimlər niderlandlı təbibin pəhriz üsulunu birmənalı qarşılamayıb və səbəb kimi sistemin sadə olduğunu arqument göstəriblər.

 

Pəhriz rahat tapılan və hər kəsin əldə edə biləcəyi ərzaqlardan ibarətdir. Hətta Moerman pəhrizi həkimlərin ümidsiz yanaşdığı və yaxud müalicəsindən imtina etdiyi ən çarəsiz onkoloji xəstələrin də sağalmasına kömək edib. 1987-ci ildə Niderlandın Səhiyyə nazirliyi Moermanın pəhriz metodunu təsdiq edib. Xərçəng əleyhinə yönələn həmin pəhrizi ikiqat Nobel mükafatçısı L.Pollinqin də dəstəklədiyi bildirilib.

 

Moerman pəhrizi nəticəsində xəstənin immun sistemi güclənir, həmçinin çoxlu miqdarda təbii ərzaqların davamlı şəkildə qəbulu maddələr mübadiləsini qaydaya salır.

 

Dünya səviyyəsində həkim və xəstələrin rəğbətini qazanmış Moerman metodunun əsasını çiy və buxarda hazırlanmış tərəvəzlər - yaşıl noxud, kartof, cəfəri, rəvənd, kələm (hətta turşuya qoyulmuşu da), meyvələr - portağal, limon, alma, kök, çuğundur, onlardan çəkilmiş təbii şirələr, kəpəkli undan hazırlanan çörək, təmizlənməmiş düyü, buğda kəpəyi, yulaf və arpa yarmaları, qarğıdalı və buğda lopaları, yumurta sarısı, bal, bitki çayları, soyuq sıxma üsulu ilə alınmış zeytun yağı və dəniz duzundan istifadə təşkil edir.

 

Pəhriz zamanı ağ çörək, makaron, şirniyyat, biskvit, pirojna və kekslər, ət və toyuq, onların bulyonları, rafinə edilmiş qənd, balıq və molyusklar, süd məhsulları, yumurtanın ağı, göbələk və göbələk bulyonu, rafinə olunmuş bitki yağı, konservant və rənglər, xörək duzu, spirtli içki, tünd çay və qəhvə qəbul edilməsi məsləhət görülmür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev