Küpə üsuluyla müalicə - HİCAMA
22.04.2021 12:20

Hicama hacamat, həcəmət, qanalma, küpə üsuluyla müalicə kimi müxtəlif adlarla məşhurdur. Venadan (damardan) verdiyimiz qanın tərkibi ilə digər əzələ-oynaq nahiyələrindən alınan qan bir qədər fərqlidir. Hicama zamanı mənfi təzyiq hesabına hiperemiya (doluqanlılıq) yaranır və həmin nahiyədə olan iltihablanmış (miqrasiya etmiş leykositlər), toksinlərlə zəngin trombositlər (qan lövhəcikləri), çox aşağı sıxlıqlı lipidlər, yağlar və digər zərərəli maddələrlə dolu qan atılır.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Elnur Eldaroğlu məlumat verib. O, bildirib ki, hicamanın quru və yaş növləri var. Quru qanalma zamanı yalnız banka hər hansı nahiyəyə sorucu qüvvə yaradaraq 3-7 dəq qalır və heç bir kəsik aparılmır. Yaş hicama zamanı vakuum hesabına dolu qanlılıq yaranır daha sonra isə həmin nahiyələrdə kiçik steril kəsik aparılır və həmin yerə yenidən banka qoyularaq sorulma vasitəsilə qan çıxır, atılır. Xəstənin vəziyyətindən asılı olaraq bəzən 2 dəfə banka dolub-atılması təkrarlanır. 

 

Həkimin sözlərinə görə, küpə üsuluyla qan almanın mexanizmi və terapevtik effekti tam aşkarlanmasa da, bir çox xəstəliklərdə müsbət nəticələri var. Yaş hicama metodu təxminən süni böyrək funksiyası kimidir. İn-vivoda böyrək hidrofobik (suda həll olmayan) maddələrin filtrasiyasını həyata keçirir. Bu üsulda isə həm hidrofobik, həm də hidrofolik (suda həll olan) filtrasiyası prosesi həyata keçirilir.

 

O, həmçinin qeyd edib ki, bu üsulda yüksək təzyiq yaradaraq sorulmuş qanın həcmi artır, kapillyarların filtrasiyası hesabına hüceyrəarası maye filtrasiya olunur. Təmizlənmiş qan xəstəliklərə səbəb olan prostaqlandinlərin iltihab mediatorlarının stimulyasiya olunmasının qarşısını alır. Skarpel vasitəsilə çərtilmiş sahədə hüceyrənin iltihab miqrasiyası və endogen opioid sintez sayəsində anadagəlmə və qazanılmış immunitet artır. Buna görə də qan axını yaxşılaşır, toxumaların oksigen təchizatı və perfuziyası artır, toksinlər xaric olur, neyroendokrin (sinir-hormonal) balans bərpa olunur.

 

Profilaktik məqsədlə ildə 4 dəfə, müalicə məqsədilə 10 gündən və ya 2 aydan bir prosedur təkrarlanır, həkim nəzarətilə fasilə verilir.

 

"Hicama baş, boyun, bel, diz, ayaq, digər sinir-əzələ ağrıları zamanı tətbiq edilir. Həmçinin sistem xəstəliklərdən revmatoid artrit, yüksək təzyiq (hipertoniya), ürək-damar xəstəlikləri, şəkərli diabet, psixoloji narahatlıqlar, keçirilmiş xroniki xəstəliklərin reabilitasiya dövrü və dəri xəstəlikləri zamanı istifadə edilir. Ürəyin işemik xəstəlikləri zamanı antikoqaulyantların istifadəsi zamanı, edilən nahiyədə hər hansı infeksiya varsa, kəskin anemiya, hemofiliya, açıq yaralar, sümük qırılması, dərin vena trombozu, mentruasiya zamanı, hamiləlik və uşaqlıq qanaxmaları dövründə əks göstərişdir. Həmçinin çox kiçik yaş və heraitrik (çox yaşlı) insanlara tətbiq etmək məsləhət deyil. Xərçəng xəstələri zamanı mütləq göstəriş olmadan təyin edilməməlidir. Qan laxtalanmasıyla bağlı problemi olanlarda qanda D-dimer səviyyəsinə baxılmalıdır. Ümumiyyətlə, ümumi qan analizinə diqqət edilməlidir", - deyə E.Eldaroğlu vurğulayıb. 

Fitoterapevt əlavə edib ki, hicama ilə tibb personalı məşğul olmalıdır. Yüksək ixtisaslaşmış və prosedura yiyələnmiş feldşer və həkimlər tərəfindən tibb mərkəzlərində tətbiq olunmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev