Hipofiz adenomları arasında ən çox rast gəlinən PROLAKTİNOMA nədir?
21.04.2021 16:24

Prolaktinoma hipofizin laktotrop hüceyrələrindən qaynaqlanan və artıq miqdarda PRL sekresiyasına səbəb olan adenomdur. Hipofiz adenomlar arasında (40%) ən çox rast gəlinir. İnsidansı milyonda 27, prevalansı milyonda 500-dür. Qadınlarda əsasən mikroprolaktinoma, kişilərdə isə makroprolaktinoma şəklində görülür.

 

Aztibb.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının həkim-endokrinoloqu Ayan Məmmədova məlumat verib. 

 

Klinik əlamətləri:

 

1. Amenoreya, oliqomenareya;
2. Galaktoreya;
3. İnfertilite;
4. Artıq çəki;
5. Hirsutizm;
6. Osteopeniya/osteoparoz;
7. Adenoma bağlı görmə sinirinə təzyiq.


Diaqnoz necə qoyulur?

 

Diaqnoz qanda prolaktin səviyyəsini yoxlamaqla qoyulur. Prolaktin yüksəkliyinin hipotireoza bağlı olub-olmadığını bilmək üçün qalxanvari vəz hormonu da yoxlanılır. Dərman qəbulu mütləq araşdırılmalıdır. Hipofizdə kütləni yoxlamaq üçün MRT çəkilməlidir.

 

Prolaktinomanın müalicəsi:

 

Müalicəsi dərmanla aparılır və uzun müddət davam edir. Xəstələrə bromokriptin və ya kabergolin təyin edilir. Dərman qəbul edə bilməyən, dərmana dirəncli xəstələrdə və ya getdikcə böyüyən kütlələrdə cərrahi əməliyyat seçilə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev