İmmun sistemi zəif olanlar geomaqnit qasırğası günlərində COVID-19-a daha tez yoluxa bilərlər
21.04.2021 14:01

Hava şəraitinin dəyişkənliyinə qarşı hədsiz həssas olanlar var və hər üç nəfərdən biri bundan şikayət edir. Həmin dəyişiklik insan orqanizminə bilavasitə təsir göstərən xarici mühit amilləri ilə bağlıdır. Xroniki və hipertoniya xəstəliyi olanlar daha çox meteohəssas olur. Bəzi insanlar isə stabildirlər və onlar bu dəyişikliyi hiss etmirlər.

 

Aztibb.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının dosenti Arzu Bəydəmirova bu barədə deyib: “Hər 12 ildən bir Günəşdə tsikllər dəyişir. Həmin dəyişikliklər nəticəsində baş verən qasırğalar yer kürəsinin geomaqnit sahəsinə təsir göstərir. Həmin dövrdə müsbət yüklü protonların yerə doğru axını başlayır. İnsan orqanizmində protonların axınına qarşı geomaqnit həssaslığı var və bu, üç istiqamətdə - orta, sürətli və qısa olur. Hər kəsdə geomaqnit dalğalarına həssas mərkəzlər var. Bu, böyrəküstü vəzdir və baş-beyində yerləşir. Geomaqnit qasırğaları dövründə həmin reseptorlar oyanır, kimi əsəbiləşir, kimdəsə kardioloji problem meydana çıxır, bronxial asma sindromu olanlarda boğulma baş verir və s. Hətta immun sistemində də dəyişikliklər əmələ gəlir.

 

Epilepsiya xəstələri əvvəlcədən bunu hiss edirlər. Geomaqnit qasırğasına həssas olanları həkimlər “meteoroloqlar” adlandırırlar, yəni onlar hava dəyişkənliyini qabaqcadan hiss edirlər. Kəskin revmatik qızdırması olanlar oynaq ağrılarından, arterial hipertoniyası olanlar təzyiqin yüksəlməsi, stenokardiyası olanlar isə tutmadan şikayətlənirlər”.

 

“Geomaqnit qasırğası günlərində immun sistemi zəif olanlar COVID-ə daha tez yoluxa bilərlər, çünki həmin sistemin aktivliyi aşağı düşür. Həmin günlərdə daxili aləmdə də dəyişiklik baş verir, qanın laxtalanması artır, adrenalin sürətlənir. Ona görə də həmin xəstələr daha çox təcrid olunmalı və özlərini bu təhlükəli infeksiyaya yoluxmaqdan qorumağa çalışmalıdırlar”, - deyə A.Bəydəmirova bildirib.

 

Mütəxəssislər bildirirlər ki, meteohəssaslıq əsasən özünü bir neçə saat davam edən baş ağrıları, pis əhval-ruhiyyə, tez yorulma və zəiflik əlamətləri ilə göstərir. Bütün bunlara isə güclü külək, qar, yağış, maqnit qasırğası və günəşdə olan partlayışlar səbəb ola bilər. Meteoroloji dəyişikliklərə dözümlü olmaq və həssaslığı azaltmaq da mümkündür. İqlim dəyişikliyinə həssas olanlar xarici mühit amillərinə qarşı orqanizmin müqavimətini artırmağa çalışmalıdırlar: Məsələn, təmiz havada çox olmaq, günəş şüarları, xüsusilə ultrabənövşəyi şüalar qəbul etmək, yay aylarında dəniz çimərliklərində olmaq, normal əmək və istirahət rejiminin saxlanılması, zəngin vitaminli qidaların qəbulu xarici mühit amillərinə qarşı müqaviməti artırır və həssaslığı azaldır. Bundan başqa mütəmadi olaraq normal yuxu təbiətin şıltaqlığı ilə mübarizədə kömək edə bilər. Nanə, lavanda, evkalipt, qızılgülün efir yağlarından vanna qəbulu isə əhval-ruhiyyəni və immuniteti yüksəldir, sinir sisteminin sakitləşməsinə və emosiyaların nəzarətdə saxlanılmasına kömək edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev