Qadınlarda hormonal disbalans nəticəsində meydana çıxan - Süd vəzilərinin adenozu
21.04.2021 13:23
Süd vəzilərinin adenozu – süd vəzilərinin proliferasiyası ilə müşayiət olunan fobroz-kistoz mastopatiyadır.
 
Patologiya süd vəzilərinin ölçülərinin böyüməsi və ağrılı olması, orqanda bərk hissənin meydana çıxması, döş giləsindən ifrazatın xaric olması ilə təzahür edir. Adenozun diaqnozu şikayətlər və anamnezin toplanması, orqanın inspeksiyası, palpasiyası və digər müayinə metodlarının (süd vəzilərinin USM-i və rentgenoqrafiyası, hormonların səviyyəsinin müəyyənləşdirilməsi, döş giləsindən xaric olan ifrazatın sitoloji analizi və biopsiya) nəticələrinə əsaslanır.
 
Patologiyanın əsas və yeganə səbəbi hormonal disbalansdır. 
 

Hormonal disbalansa səbəb olan etioloji faktorlara aşağıdakılar aiddir:

 

Piylənmə. Piy toxuması estrogen sintez edir. Artıq çəki zamanı estrogen sintezi artır, bu isə nisbi hiperestrogeniyaya gətirib çıxarır, progesteronun səviyyəsi normal qalır.

 

Spontan və süni abortlar. Hamiləliyin, xüsusən irəliləmiş mərhələdə (15-22 həftəlik) dayandırılması kəskin hormonal disbalansa və kompensator mexanizmlərin pozulmasına səbəb olur. Cinsiyyət hormonlarının səviyyəsi normaya dərhal qayıtmır. Bu isə endokrin problemlərin, daha çox adenozun inkişafına təkan verir.

 

Gecikmiş hamiləlik. 35 yaşdan böyük qadınlarda yumurtalıqların funksiyaları zəifləyir. Bu dövrdə baş vermiş hamillik yumurtalıqların fəaliyyətini aktivləşdirir, nəticədə doğuşdan sonra estrogen və progestreron sintezində disbalansa və hormonal pozulmaya səbəb olur.

 

Doğuşdan sonrakı aqalatkiya. Aqalaktiya süd vəzinin parenxima hüceyrələrinin inkişafı və differensiasiyasına cavabdeh olan progesteronun çatışmazlığından və izafi estrogendən xəbər verir. Hiperestrogeniya zamanı vəzin stroması proliferasiyaya məruz qalır, progesteron çatışmazlığı vəzin epitelinin kontrolsuz inkişafına gətirib çıxarır.

 

Ana südü ilə qidalandırmadan imtina. Döşlə qidalandırma olmadıqda prolaktin konsentrasiyasının yüksəlməsi südün axarlarda durğunluğuna səbəb olur. Axarların mənfəzi tutulur və genişlənir, beləliklə, struktur dəyişikliklərə – kistaların əmələ gəlməsinə gətirib çıxarır.

 

KOK-un (kombinəolunmuş oral kontraseptivlər) nəzarətsiz qəbulu. Fərdi xüsusiyyətləri nəzərə almadan hormonal preparatların qəbulu və sxemə riayət olunmaması hormonal disbalansa və süd vəzilərinin displastik proseslərinə səbəb olur.

 

Adenozun müalicə taktikası (konservativ terapiya və ya cərrahi müdaxilə) onun forması və xəstəliyin gedişinin xaraktrinə əsasən müəyyənləşdirilir. Patologiyanın diffuz formasında sedativ preparatlar, vitaminlər (A, E, askorbin turşusu, P, B qrupu), minerallar və hormonal preparatlar təyin olunur. Xəstəliyin yüngül formasında çoxfazalı, kombinə olunmuş oral kontraseptivlər 6 ay ərzində istifadə olunur. Adenozun aydın nəzərə çarpan simptomatikası zamanı hestagenlərin 3 aydan az olmayaraq qəbulu göstərişdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev