Göz sağlamlığı üçün olduqca faydalı olan TƏRƏVƏZ
21.04.2021 10:34

Yerkökü müxtəlif xəstəliklər zamanı çox faydalıdır. Bunlara misal olaraq qanazlığını, bronxiti, bir sıra dəri problemlərini, ürək-damar xəstəliklərini, yara sağalmasını göstərmək olar.

 

Aztibb.az xəbər ki, yerkökü ən çox da gözlər üçün xeyirli hesab olunur. A vitamini catışmazlığı zamanı görmə pozuntuları yaranır, bu zaman hava qaralarkən və gecə vaxtı görmə qabiliyyəti zəifləyir. Nəticədə, bu problem "toyuq korluğu" adlanır. Lakin bütün karotin sovrulmur. Vitaminin sintezi qaraciyərin və ödün normal funksiyası zamanı bərpa olunur.

 

Yerkökünün antispetik, bəlğəmgətirici, ödqovucu, iltihab eleyhinə olan təsiri vardır. O, həmçinin mədə-bağırsaq traktı vəzilərinin fəaliyyətini artırır. Yerkökünün şirəsi və ya digər şirələrlə qarışımı yorğunluğu aradan qaldırır, iştahanı artırır, dərinin rəngini və görmə qabilliyyətini yaxşılaşdırır, bədəndə antibiotiklərin toksik təsirini azaldır, saç və dırnaqları möhkəmləndirir, xəstəliklərə müqavimət göstərməyə kömək olur. Lakin nəzərə almaq da lazımdır ki, böyük miqdarda şirə qəbul etmək yuxu, baş ağrı, qusma və digər xoşagəlməz hallar yaradır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev