Bamyanın faydalı xüsusiyyətləri  
21.04.2021 09:38

Bamya daha çox isti ölkələrdə becərilən ekzotik tərəvəz bitkisidir. Tarixçilərin dediyinə görə, Misir şahzadəsi Kleopatra gözəlliyini qorumaq üçün qidalanma zamanı digər tərəvəzlərlə yanaşı, bamyadan da istifadə edib. Tərəvəzin vətəni Nil çayının şimal sahilləri və yaxın Şərq hesab olunur. 

 

Aztibb.az xəbər verir ki, Birinci Dünya müharibəsi illərində qəhvə ehtiyatlarının tükənməsi Asiya və Afrika ölkələri əhalisini bamya toxumlarından isti içki hazırlamağa məcbur edib. Həmin vaxtdan "bamya qızdırması" dövrü başlanılıb və yerli bazarlarda ilin hər fəslində satılan tərəvəzə çevrilib. İndi onu Amerikadan Avstraliyaya qədər bütün qurmanlar tanıyır.

 

Vegeterianların sevimli yeməyi olan bamya zülal və sellüloza deposu hesab edilir. Tərkibində çoxlu selik olduğuna görə ondan hazırlanan yeməklərə mütləq sirkə, limon suyu və ya pomidor kimi turş tərəvəzlər əlavə edilir. Bamyadan hazırlanan xörəklərin çuqun və ya mis qazanda bişirilməsi kimyəvi reaksiyaya və tərəvəzin rənginin qaralmasına səbəb olur və xörəyin görünüşünü əsaslı şəkildə korlayır. Dölün formalaşmasında əvəzsiz rola malik fol turşusu ilə zəngin olduğuna görə hamiləliyin ilk 12 həftəsində yeyilməsi çox faydalıdır. Bamyanın hər 100 qramının enerji dəyəri cəmi 49 kaloridir və həmin xüsusiyyətinə görə pəhriz tərəvəzi sayılır.

 

Təzə bamya parlaq yaşıl rəngdə, 5-8 santimetr uzunluğunda olur, üzərində kif və qurumuş hissələrə təsadüf edilmir. Vaxtından gec toplanan həmin tərəvəz uzanır, qartlaşır və zərif dadını itirir. Təzə bamyanı soyuducuda polietilen torba içərisində cəmi 2-3 gün saxlamaq mümkündür.

 

Bu bitki diabet müalicəsində də çox faydalıdır. Aşkar edilmişdir ki, bamyanı müntəzəm olaraq qidalarda istifadə etmək təhlükəli xəstəliyin inkişafı üçün məsul genlərin fəaliyyətini dəyişə bilər. Araşdırmalar göstərir ki, gələcəkdə bamya bitkisi şəkərli diabet üçün hazırlanan dərman preparatlarının əsas tərkibi kimi istifadə ediləcək.

 

Bamya iltihab azaltma tərkibli olduğu üçün bəzi ağciyər xəstəliklərinin, boğaz ağrılarının, mədə xoralarının müalicəsində müsbət təsirini göstərə bilər.

 

Həmçinin bamyadan kosmetik məqsədlərlə də istifadə etmək olar. Saçların dibini möhkəmlətmək, təbii parlaqlığını bərpa etmək üçün bamya meyvələri doğranır, suda bişirilir, soyuyandan sonra alınan selikli bişirməyə bir neçə damcı limon şirəsi əlavə edilir və saç balzamı əvəzinə istifadə olunur.

 

Kosmetik kremə bamya ekstraktı əlavə olunaraq istifadə edilməsi dərini hamarlaşdırır və sızanaqların əmələ gəlməsinin qarşısını alır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev