İdmançı bədən forması üçün qəbul edilən PREPARATLAR - Ölümə aparan yol?
20.04.2021 16:58

Zaman-zaman gənclərin idman zallarında davamlı olaraq “ağırlıqqaldırma”, “bədən formalaşdırma”, “əzələbərkitmə” ilə məşğul olduğunu görürük. Lakin hər zamanmı bu istəklər sırf təbii enerji və ya orqanizmin natural gücü hesabına baş verir?

 

Televiziya və internet saytlarında, eləcə də xüsusi firmalar tərəfindən təklif olunan “proteinlər”, “anabolik steroidlər” və digər kimyəvi qarışıq tərkibli köməkçi vasitələrin istifadəsi onların fəsadını anlamadan qəbul edən gənclərdə dəb halını alıb.

 

Aztibb.az Salyan Rayon Mərkəzi Xəstəxanasına istinadla xəbər verir ki, bəzən cərrahiyyə və ümumən təbabət bu fəsadlar qarşısında aciz qalır.

 

Anabolik steroidlərin ürək, qan-damar sistemi xəstəliklərinə, cinsi zəifliyə, dölyaratma qabiliyyətinə, böyrək patalogiyalarına, sinir sistemi və immun sistem xəstəliklərinə səbəb ola bilər. Həmçinin qeyd olunan preparatların qəbulundan sonra daxili qanaxma baş verə bilər ki, bu zaman təxirəsalınmaz tibbi yardım göstərilməsinə zaman yetməz.

 

Pelioz hepatit nədir?

 

Anabolik steroidlərin qəbulundan sonra onların qaraciyərə kəskin toksik təsiri fonunda, qaraciyərdə tək və ya bir neçə ədəd sayda ölümə səbəb kistaların yaranmasıdır. Ölçüləri 5 mm-dən 5 sm-ə qədər və daha böyük ola bilir.

 

Adətən pelioz hepatit əlamətsiz keçir. Yəni insan hər hansı bir ağrı və ya narahatlıq hiss etməyə bilir. Qəflətən vəziyyətin pisləşməsi, təzyiqin enməsi, huşun itməsi isə artıq bu sistlərin partlaması və daxili qanaxmanın olmasını göstərir.

 

Bu, o deməkdir ki, əgər steroidlərdən istifadə edən idmançı davamlı tibbi müayinə olunmursa, qaraciyərdə və ümumən orqanizmdə gedən dəyişiklikləri nəzarət altında saxlamırsa, məhz bu halda ölümə gedən səbəbi də özü ilə daşıyır.

 

Beləliklə:

 

- Anabolik steroidlərin nəzarətsiz qəbulu çox təhlükəlidir;

- İdeal bədən quruluşuna aparan yol sizi bu zaman ölümə də apara bilər;

- Cərrahiyyə və ümumən təbabət bu qanaxmalarda çox zaman gücsüzdür.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev