Azərbaycanda böyrək və qaraciyər köçürülənlərin statistikası açıqlanıb  
20.04.2021 15:45

“Təəssüf ki, bu gün yalnız canlı donordan yalnız qaraciyər və böyrək transplantasiyası edirik. Ümid edirəm ki, bu problem yaxın gələcək üçün öz həllini tapmış olacaq”.

 

Aztibb.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının Cərrahiyə və orqan transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi deyib.

 

O, qeyd edib ki, 10 il müddətində ümumilikdə 992 xəstəyə orqan köçürülüb: “Onlardan 230-na qaraciyər (135-i kişi, 95-i qadın), 762-nə isə böyrək (468-i kişi, 294-ü qadın) köçürülüb".

 

M.Kazımi vurğulayıb ki, icra olunan qaraciyər köçürməsi zamanı donorların 138-i kişi, 93-ü isə qadın olub:

 

“Böyrək transplantasiyası zamanı donor olanlardan isə 285-i kişi, 477-i isə qadındır. Qaraciyər köçürməsi zamanı 230 xəstənin 1 illik yaşam göstəricisi 94 % təşkil edib. Toplamda isə 40 ölüm faktı olub. Aldığım məlumata görə, ölən xəstənin biri 11-ci ilində Zəngilanın işğaldan azad edilməsi xəbərini eşidəndə sevincdən dünyasını dəyişmişdi. Böyrək köçürməsi sonrasında 762 xəstədə 1 illik yaşam göstəricisi 99,2 % təşkil edib. Onlardan 1-ci ildə 7, 3-cü ildə 10, 5-ci ildə isə 17 xəstə hemodializə qayıdıb. Bundan başqa, arter trombozu 3 xəstədə reanastomoz, sidik darlığı 17 xəstədə nativ ureter reanastomoz, sidik yolu qaçağı 42 xəstədə nefrestoma ilə barpa, lemfosel 36 xəstədə drenaj və gözləmək halı olub. 605 xəstənin böyrək köçürülməsi əməliyyatı laproskopik, 157-sində isə açıq şəkildə aparılıb”.

 

O, həmçinin əlavə edib ki, qaraciyərlə bağlı problem əsasən Hepatit B və C xəstələrində qeydə alınır. Bunun da əsas səbəbi həmin xəstəliyə qarşı peyvəndin vurulmamasıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır