Hestasion diabetin hamiləlikdə yaratdığı FƏSADLAR - Əsas əlamətləri
20.04.2021 11:00

Hestasion diabet şəkərli diabetin hamiləlik dövründə hormonal disbalans nəticəsində yaranan xüsusi formasıdır.

 

Aztibb.az xəbər verir ki, patologiyanın əsas əlaməti qida qəbulundan sonra qlükozanın qanda miqdarının artması, acqarına isə bu göstəricinin normada olmasıdır.

 

Hestasion diabet anadangəlmə ürək və baş beyin anomaliyalarına səbəb olduğundan döl üçün təhlükəli hesab olunur.

 

Xəstəliyin erkən aşkar olunması məqsədilə hestasiyanın 24-28-ci həftələrində qlükozaya qarşı tolerantliq testi aparılmalıdır.

 

Hestasion diabetin müalicəsi pəhriz, əmək və istirahət rejiminə riayət olunmasından ibarətdir.

 

Ağır hallarda insulinoterapiya təyin olunur.

 

Bəzən hestasion diabet doğuşdan sonra qadınlarda 2-ci tip şəkərli diabetin inkişafına səbəb olur. Bu hal təxminən 10-15% xəstələrdə müşahidə olunur. Tədqiqatlara əsasən hestasion diabet daha çox tünd dərili qadınlarda aşkarlanır. Xəstəliyin döl üçün təhlükəli olması ananın qanında qlükozanın artması nəticəsində uşaq orqanizmində insulin sintezinin aktivləşməsi ilə əlaqədardır. Bu səbəbdən  doğuşdan sonra belə uşaqlar qanda şəkərin miqdarının azalmasına meylli olur. Bundan əlavə, hestasion diabet bətndaxili dövrdə dölün çəkisinin sürətlə artmasına səbəb olurlar.

 

Hestasion diabetin risk qrupuna polikistoz yumurtalıqlar sindromundan əziyyət çəkən, zərərli vərdişlərə (siqaret çəkmə, spirtli içkilər və narkotiklərdən istifadə) meyilli qadınlar aiddir. Anamnezdə iri döl, ölü doğum, dölyanı mayenin çoxluğu və keçmiş hamiləliklərdə hestasion diabetin olması xəstəliyin yaranma ehtimalını artırır. Patologiyanın yüksək yaranma riski 18 yaşdan kiçik və 30 yaşdan böyük qadınlarda qeyd olunur. Bundan əlavə tez sorulan karbohidratlarla zəngin qıdaların qəbulu, balanslaşdırılmamış qidalanma xəstəliyin inkişafına təkan verə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev