Ürək böyüməsi nədir? - SƏBƏBLƏRİ/FƏSADLARI
20.04.2021 10:46

Ürək orqanizmdə "nasos" funksiyasını yerinə yetirir - qanın orqanizm boyu dövr etməsini təmin edir. Ürəyin çəkisi orta hesabla 300 qr təşkil edir (qadınlarda bir qədər az, kişilərdə bir qədər çox). Belə hesab olunur ki, insanın ürəyinin ölçüsü onun yumruğu boydadır.

 

Bəzən müxtəlif səbəblərə görə ürək böyüyə bilər. Bu hal kardiomeqaliya, ürəyin hipertrofiyası adlandırılır. Bu, çox ciddi pozulmadır. Böyümüş ürək öz nasos funksiyasını normal yerinə yetirə bilmir, orqanizmi qanla yaxşı təchiz etmir. Bunun nəticəsində ürək vaxt keçdikcə daha da genişlənir, böyüyür və bu da ürək çatışmazlığının, infarktın, ürəyin ani dayanmasının inkişafına səbəb ola bilər.

 

Ürəyin böyüməsinin səbəbləri arasında intensiv fiziki gərginliklər (peşəkar idmançılarda, daim idmanla məşğul olan insanlarda) də daxildir. Bu zaman ürək da intensiv şəkildə işləyir - ürək döyünməsi, qanın ürəyə axını artır. Bu isə ürəyin böyüməsinə səbəb olur. Buna "idmançı ürəyi" deyilir. Bu halda ürəyin böyüməsi fizioloji səbəblərlə bağlıdır. Lakin hətta bu halda həddən artıq fiziki yükləmələr, müxtəlif xəstəliklər, güclü streslər gələcəkdə ürək xəstəliklərinə gətirib çıxarda bilər.

 

Böyümənin digər səbəbləri müxtəlif xəstəliklərdir. Bir çox hallarda ürəyin böyüməsininin səbəbi hipertoniya xəstəliyi olur. Damarlarda təzyiq qalxdıqda ürək güclü yükləməyə məruz qalır, ürəyin əzələləri gərginləşir, böyüyür və nəticədə ürək də böyüyür.

 

Ürəyin işemik xəstəliyi zamanı ürəyə olan qan axını azalır, ürək əzələsinın qidalanması pozulur. Nəticədə ürək əzələsinin hüceyrələri birləşmə toxuması ilə əvəz olunur. Birləşmə toxuması elastik deyil, yığılmır və nəticədə ürək genişlənir, böyüyür.

 

Ürək əzələsinin iltihabları (onlara "kardit"lər deyilir - endokardit, perikardit) da ürəyin böyüməsinə səbəb ola bilər. Belə iltihablar keçirilmiş tonzillit (angina), skarlatin və ya qripdən sonra inkişaf edə bilər. Onların arasında ən yayılmış revmokarditdir. Xəstəlik vaxtında müalicə olunmadıqda müxtəlif ağır pozulmalara, o cümlədən, ürəyin böyüməsinə səbəb ola bilər.

 

Anadangəlmə ürək qüsurları da ürəyin böyüməsinə səbəb ola bilər.

 

Həmçinin:

 

- Spirtli içkilərin qəbulu da ürəyin böyüməsinə səbəb ola bilər. Alkoqol ürək əzələsinə çox mənfi təsir edir, intoksikasiyaya (zəhərlənmə) səbəb olur;

- Piylənmə ürəyin böyüməsinin əsas səbəblərindən biridir;

- Ağciyər xəstəlikləri də ürəyin böyüməsinə səbəb ola bilər;

- Ürəyin böyüməsinin əsas profilaktikası bu pozulmaya səbəb olan xəstəliyin müalicəsidir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev