Polisitemiya xəstəliyi: növləri, əlamətləri və müalicəsi
19.04.2021 18:54
Qanazlığı, yəni anemiya hemoqlobinin, eritrositin azalmasıdır. Hemoqlobin yüksəkliyi, sümük iliyində eritrositlərin həddən çox yaranması nəticəsində isə polisitemiya patologiyası inkişaf edir. Başqa sözlə, eritrositlərin artması və hemoqlobinin kişilərdə 18.5 g/dl, qadınlarda 16.5 g/dl–dən çox artması polisitemiya adlanır. Kişilərdə hematokritin 60%, qadınlarda 56%-dan çox olması həqiqi polisitemiyanı göstərir.
Aztibb.az xəbər verir ki, bu fikirləri Azərbaycan Tibbi Universitetinin Tədris-Terapevtik Klinikasının həkim-hematoloqu Ələmdar Cəfərov bildirib. O, polisitemiyanın mütləq və nisbi növlərinə rast gəlindiyini deyib. Bildirib ki, nisbi polisitemiyada eritrositin sayında həqiqi artım olmur. Sadəcə çoxlu maye itkisinə bağlı olaraq eritrosit sayı nisbi olaraq artır.
Səbəbləri:
1. Dehidratasiya;
2. Diabetus Mellitus;
3. Hipertenziya;
4. Gaisbök sindromu (Stress polisitemiyası).
Həkim qeyd edib ki, mütləq polisitemiya eritrosit sayında mütləq artımla müşahidə olunur. Bu isə 2 formada özünü göstərir:
1. Sümük iliyi səbəbindən;
2. Sümük iliyindən kənar səbəbdən.
1-cili sümük iliyi səbəbindən yaranan mütləq polisitemiya sümük iliyində eritrositlərin başqa səbəbə bağlı olmadan artması ilə özünü göstərən xəstəlikdir. Bu xəstəliyin əmələ gəlməsində JAK2 adlı genin mutasiyasının rolu vardır.
2-cili sümük iliyindən kənar səbəbdən yaranan mütləq polisitemiya:
1. Qandakı O2 təzyiqinin düşməsinə bağlı olaraq böyrəkdən ifraz olunan eritropoetin artması səbəbindən - Yüksəklik xəstəliyi-dağ xəstəliyi, ürək xəstəliklərində, ağciyər xəstəlikləri, piylənmə;
2. Androgen tərkibli hormonlar - testesteron, anabolik steroidlər;
3. Eritropoeitin ifraz edən şişlər;
4. Ailəvi;
5. Böyrək transplantasiyası sonrası.
Əlamətləri nələrdir?
Baş ağrısı, başgicəllənmə, qulaq çınlaması, kardialgiya (ürək ağrıları), isti duş qəbulundan sonra qaşınma hissi (belə xəstələrdə qanın laxtalanmaya meyilliyi artır), bəzi xəstələrdə diş əti qanaxması, burun qanaxması, üzdə qızarıqlıq, eritromelalgiya, splenomeqaliya.
Belə xəstələrdə arterial təzyiqin artmasına da rast gəlinir.
Müalicəsi:
Müalicədə əsas məqsəd hematoksiritin səviyyəsinin azaltmaq, qanın axışqanlığını artırmaqdır.
Bu məqsədlə flebotomiya yəni, xəstədən qan alınması icra olunur. Alınan bu qan təkrarən istifadəyə yararsızdır və onu təkrarən hər hansısa xəstəyə transfuziya etmək olmaz.
Müalicədə trombozun qarşısını almaq üçün xəstəyə qan durulducu aspririn, və s. verilir.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

