Çərəzlərin çiy halda qəbul edilməsi xərçəng riskini azaldır - Həkim-diyetoloq
19.04.2021 16:50

Qoz, şabalıd, fındıq, fısdıq süfrələrimizin əvəzolunmaz neməti sayılsa da, qədərindən çox istifadə olunanda orqanizmə təsirsiz ötüşmür və artıq çəki problemi yaradır. Həmin hallarla üzləşməmək üçün bir sıra qaydaları gözləmək lazımdır.

 

Aztibb.az xəbər verir ki, həkim-diyetoloq Səfa Yadigarova çərəzlərlə qidalanma qaydası barədə deyib: “Çərəzlərin qədərindən artıq qəbul edilməsi artıq kilolara səbəb olmaqla yanaşı, allergik proseslər - üzdə səpgi, qaşınma və bağırsaq problemləri yarada bilər. Çərəzlər faydalı qidadır, lakin onun hansı miqdarda qəbul etməyi bilmək lazımdır. Gün ərzində 6 ədəd qoz ləpəsi, 15-20 ədəd badam, 5-6 ədəd yapon qozu, 15 qram balqabaq toxumu, 40 qram püstə istifadə etmək olar”.

 

Çərəzlərə quru meyvələr də daxildir. Mütəxəssislərin dediyinə görə, bəzi quru meyvələr, xüsusilə də xurma qanda şəkərin miqdarını artıra bilər. Bundan başqa, çərəzlərin kalorisi də çox yüksəkdir. Ona görə də onların normadan artıq qəbulu çəki artımına səbəb olur.

 

“Elə quru meyvələrdən istifadə olunmalıdır ki, onların hazırlanmasında şəkərdən istifadə olunmasın. Quru meyvələr say ilə, çərəzlər isə qramla - gün ərzində təxminən 30-40 qram yeyilə bilər. Məsələn, gündə 2 xurma qurusu, 3 qaysıdan artıq qəbul edilməsi məsləhət görülmür. Qara gavalı arıqlama mərhələsində çox faydalıdır. Qəbizliyə meyilli olanlar və bağırsaq problemi ilə üzləşənlər onu isladılmış formada istifadə edə bilərlər”, - deyə həkim-diyetoloq bildirib.

 

Sümükləri möhkəmlədən, yaddaşı gücləndirən, ürək-damar xəstəliklərinə müsbət təsir göstərən və xərçəng riskini azaldan çərəzlər çiy halda qəbul edilməlidir, çünki qovrulan çərəzin qida tərkibi dəyişikliyə məruz qalır, içərisində olan yağ trans yağa çevrilir. Onları qovuran zaman dadlandırmaq üçün duzdan da istifadə etmək məsləhət görülmür, çünki qədərindən artıq duz da orqanizm üçün çox zərərlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev