Diabet xəstələrinin B qrup vitaminləri ilə zəngin qidalar qəbul etməsi vacibdir
19.04.2021 16:45

B qrupu vitaminləri maddələr mübadiləsini yaxşılaşdırır, sinirləri gücləndirir, zehni inkişafa dəstək verir. B1, B2, B6 və B12-nin daxil olduğu həmin vitaminlər bitki və heyvan mənşəli bir çox məhsulların tərkibində var.

 

B qrupu vitaminləri çatışmazlığı müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Məsələn, bədəndə B1 vitamini az olduqda yuxusuzluq baş verir, həzm, sinir sistemi və ürəyin fəaliyyəti pozulur, ətraflarda atrofobiyalar yaranır. B12 vitamini çatışmazlığı zamanı isə ağız və gözün selikli qişası zədələnir, tüklər tökülür, dodaqlarda çatlar əmələ gəlir, qaraciyər zədələnir.

 

Aztibb.az xəbər verir ki, Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova AZƏRTAC-a deyib: “B qrupu vitaminlərinin növləri müxtəlifdir. Bunlara B1, B2, B3, B5, B6, B7, B9 və B12 vitaminlərini göstərmək olar. B qrup vitaminləri sinir sistemi ilə əlaqədar vitaminlərdir, yəni xəstədə sinir ifliclərindən tutmuş elementar əsəb gərginliyinə qədər əsəb sistemi pozğunluqları varsa, B qrup vitaminləri müalicə kompleksinə daxil edilir”.

 

Həkimlər bildirirlər ki, ən azı həftədə bir neçə dəfə qida rasionuna B qrup vitaminləri ilə zəngin olan məhsullar əlavə edilməlidir. Xüsusən də bu, diabet xəstəliyindən əziyyət çəkənlər üçün vacibdir.

 

Həkim-terapevt deyib: “Narıncı və qırmızı rəngli bitkilərdə B qrup vitaminləri, ət və ət məhsullarında B12 vitamini, yaşıl göyərtilərdə fol turşusu və B5 vitamini daha çoxdur. Yumurta, qaraciyər, xüsusən dənli bitkilərin kəpəkli növlərində həmin vitaminlər daha çoxluq təşkil edir. Ona görə də şəkər xəstəliyi olanlara qarabaşağı çiy şəkildə qəbul etmək məsləhət görülür. İslanmış qarabaşaqda B qrupu vitaminləri ilə zəngin olduğuna görə şəkər xəstələri üçün unikal qidadır”.

 

Düyü kəpəyi, buğda, paxla, yumurta sarısı B6 vitamini ilə zəngindir. B11 fol turşusu vitamini, qırmızı qan hüceyrələri və sinir toxumalarının meydana gəlməsində aktiv rol oynayır. Ət, ispanaq, kahı, yumurta, çörək, portağal və banan həmin vitaminin əhəmiyyətli mənbələri sayılır. Vitaminləri dərman şəklində qəbul etmək isə həkim məsləhəti ilə tövsiyə olunur.

ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
 Azərbaycanda transplantasiyanın tarixi   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib