Baş infeksionist: İlk günlərlə müqayisədə peyvənd olunanların gündəlik sayında artım var
19.04.2021 15:30

Yeni növ koronavirus (COVID-19) infeksiyaya qarşı effektiv bir vasitə, antiviral preparat yoxdur. Belə situasiyada təbii ki, vaksinasiya önəmlidir. Ancaq vaksinasiya o vaxt effektiv olacaq ki, əhalinin böyük əksəriyyəti əhatə olunsun. Ümumdünya Səhiyyə Təşkilatı belə bir rəqəmi açıqlamır. Sadəcə olaraq ayrı-ayrı mütəxəssislər həmin infeksiyanın yayılma sürətini əsas götürərək əvvəllər əhalinin 60-70 faizini, yoluxuculuğu daha yüksək olan Britaniya ştammının peyda olması nəticəsində isə əhalinin 80 faizini immunlaşdırdıqdan və onlarda immuncavab formalaşdırdıqdan sonra effekt görməyin mümkünlüyünü qeyd edirlər. Azərbaycanda təxminən 16 milyon dozaya qədər peyvənd vurulmalıdır. Bir şəxsin iki dəfə peyvənd olunmasını əsas götürsək, 80 faizinin vaksinlənməsi üçün 16 milyon peyvənd lazımdır. Ölkəmizdə bir milyondan çox vaksin vurulub. 500 minə qədər insan hər iki dozanı qəbul etsə də bu kifayət deyil. Proses daha sürətlə aparılır. İlk günlərlə müqayisədə peyvənd olunanların gündəlik sayında artım var. Bu, əhali arasında aparılan maarifləndirmə işinin nəticəsidir. İnsanlar etibar edərək vaksinasiyaya könüllü qoşulurlar. Peyvəndin infeksion prosesi tormozlaması yalnız böyük kütlənin hər iki dozanı qəbul etməsindən sonra baş verə bilər. Bu göstəriciyə hələ çatmamışıq. Ona görə də pandemiyanın əvvəllərindən dönə-dönə qeyd edilən standart qorunma vasitələrinə əməl olunmalıdır.

 

Aztibb.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

 

Baş infeksionistin sözlərinə görə, vaksinasiya olunmuş şəxs bilməlidir ki, ikinci dozanı aldıqdan bir müddət sonra onun qanında qoruyucu titrlər əmələ gəlir: “Bu müddət fərqlidir, iki həftə də, ondan uzun vaxt da ola bilər. İkincisi, immun sistem fərdi reaksiya verir. Yaşlılarda immun sistem zəif olduğuna görə, immunitetin əmələ gəlməsi gecikə bilər. Peyvənd bizi 100 faiz qorumur. Elə insanlar var ki, peyvənd olunsalar belə bu həssaslıq saxlanılır. Belə bir ehtimal var ki, mutasiya olunmuş variantlar qandakı anticisimlərdən yayına bilərlər. Ona görə də hər kəsin öz həyatını pandemiyanın əvvəllərindən deyildiyi kimi maska geyinmək, gigiyena qaydalarına əməl etmək, məsafə saxlamaqla davam etdirməsi tövsiyə olunur. Peyvənd olunsaq da hər ehtimala qarşı deyilənlərə əməl etməyimiz məsləhət görülür. Belə olan halda bir tərəfdən peyvəndin yaratdığı immunitet, digər yandan isə qorunma tədbirləri yoluxmanı minimallaşdırmağa səbəb ola bilər. Heç kəs arxayınlaşmamalıdır. O zaman rahat olacağıq ki, yoluxma hallarının sayı kəskin azalacaq və epidemik proses qırılacaq. Buna hələ vaxt var. Bunun üçün əhalinin böyük əksəriyyəti peyvənd olunmalıdır. Bariz nümunə kimi İsraili misal çəkmək olar. Əhalisinin sayı 9.5 milyona yaxın olan İsraildə indiyədək koronavirusa yoluxma sayı 1 milyondan bir qədər azdır. Hazırda yoluxma sayı 100-200 ətrafında dəyişir. Çünki əhalinin yarıdan çoxu hər iki dozanı alıb. Yaxın gələcəkdə belə ölkələrin sayı çoxalacaq və kütləvi peyvəndləmənin effektini həmin nümunələrdə görəcəyik. Hazırda peyvəndləmə prosesində iştiraka tərəddüd edən, aktiv olmayanlar ölkələrin timsalında vaksinin effektini gördükdən sonra tibb məntəqələrinə üz tutacaqlar və peyvəndləmənin sürəti bir qədər də artacaq. O zaman biz də istənilən nəticəni əldə edə biləcəyik”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır